Müəssisənin kassası ilə bağlı MARAQLI sual

Müəssisənin kassası ilə bağlı MARAQLI sual

Sual: Müəssisənin kassasına təsisçi pul qoyub və həmin pul müəssisənin bankdakı dollar hesabına qoyulub. Bu düzgündürmü yoxsa buna görə cərimə düşürmü?
Ramazanova Xədicə Ramazan, [email protected], Bakı (19.03.2018)


Cavab: Sorğunuzdan təsisçi tərəfindən müəssisənin kassasına vəsaitin xarici valyutada qoyulduğu qənaətinə gələrək bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasında pul vahidi manatdır və yalnız xarici fiziki və ya hüquqi şəxslərlə mülki münasibətlər zəmində pul öhdəliyi xarici valyuta ilə ifadə oluna bilər. Digər hallarda, o cümlədən 2 rezident arasında bağlanan müqavilələrdə pul öhdəliyi manatla ifadə edilməlidir.

Valyuta sərvətləri ödəniş vasitəsi kimi qəbul edildikdə isə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 40 faizindən 80 faizinədək inzibati cərimə tətbiq edilir.

Bax: Mülki Məcəllənin 439-cu maddəsi, İnzibati Xətalar Məcəlləsinin 430.2-ci maddəsi.

0 Komment

    Şərh yazın

    Xəbərlər