Əsas vəsaitlərin amortizasiyası ilə bağlı AKTUAL SUAL

Əsas vəsaitlərin amortizasiyası ilə bağlı AKTUAL SUAL

Sual: Məlumdur ki, əvəzsiz alınmış əsas vəsaitlər satışdankənar gəlir hesab edilərək, bazar qiyməti ilə mənfəət vergisinə cəlb edilir. Həmin əsas vəsaitlər alıcının vergi uçotunda bazar qiyməti ilə mədaxil edilib, amortizasiya hesablanmalıdırmı? Əgər amortizasiya hesablanmalı deyilsə, o zaman bu əsas vəsaitlərin vergi uçotunda mədaxili zamanı hansı müxabirləşmə verilməlidir? (amortizasiya hesablandığı təqdirdə verilən müxabirləşmə DT əsas vəsait KT gəlir) Vergi Məcəlləsinin 130.1-1-ci maddəsində göstərilir ki, iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları AR Prezidenti tərəfindən müəyyən edilir. 
Asif Əmirov Firidun, [email protected], Abşeron rayonu (05.03.2018) 
Cavab: Bildiririk ki, əmlakın əvəzsiz qaydada digər şəxsə verilməsi əmlak üzərində mülkiyyət hüququnun başqasına verilməsi olduğu üçün əmlakın təqdim edilməsi sayılır.
 
Qeyd edilənlərə əsasən alıcı tərəfindən əvəzsiz əsasla əldə edilmiş əmlak onun gəliri hesab edilir və bu əmlak alıcının balansına götürüldüyü halda amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.
 
Müxabirləşmə barədə isə aidiyyəti üzrə səlahiyyətli orqan olan Maliyyə Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur.

1 Komment

  1. ilham 14 Noyabr 2020

    Salam.Dövlət qulluqcularına məzuniyyət zamanı verilən birdəfəlik müavinatdan hansı vergilər tutulur.

Şərh yazın

Xəbərlər