Mühasibatlığa aidiyyatı olmayan işçi kassir ola bilər?

Mühasibatlığa aidiyyatı olmayan işçi kassir ola bilər?

Kassa sənədlərini müəssisənin rəhbəri, baş mühasib, kassir və vəsaiti kassadan alan şəxs imzalamalıdır. Kassir vəzifəsinə əmək müqaviləsi ilə istənilən şəxs təyin oluna bilər. Müəssisədə kassir vəzifəsi yoxdursa, onun vəzifələrini müəssisənin rəhbəri apara və sənədi müvafiq qaydada imzalaya bilər.
 Həmçinin, mühasibatlığa aidiyyatı olmayan işçinin belə kassirin vəzifələrini yerinə yetirmək hüququ var. Müəssisənin rəhbəri kassir vəzifəsinə əlavə işçi götürmək istəməsə, başqa vəzifə tutan işçinin əmək müqaviləsinə əlavələr etməklə ona kassirin əmək funksiyalarını həvalə edə bilər. Təbii ki, bu işçinin əməkhaqqında da dəyişikliklər ediləcək.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər