Yeni hesablar planın özəllikləri və fərqliyi haqqında məlumat

Yeni hesablar planın özəllikləri və fərqliyi haqqında məlumat

 

 

Yeni hesablar planına baxsaq görərik ki, orada birinci bölmə, sonra maddə, balans hesabı və subhesabı vardır.Məsələn 1-ci bölmə uzunmüddətli aktivlərdir, bu bölmənin 10-cu maddəsi qeyri-maddi aktivlərdir, bu maddənin 101 hesabı qeyri-maddi aktivlər, 102 hesabı qeyri-maddi aktvilərin amortizasiyasıdır.101-ci hesabın 101-2 subhesabı qudvildir.Yəni yeni hesablarda artıq balans hesabı üç rəqəmlidir.Ona görə də yeni hesablarda hər hansı bir əməliyya haqqında məlumat veriləndə de-yilir ki, «10 maddə 101-ci balans hesabı». 
Bir məsələni də nəzərinizə çatdıraq ki, əvvəlki hesablarda aktiv, passiv hesablar vardır, amma yeni hesablarda artıq aktiv, passiv hesab anlayışı yoxdur.Məsələn 88 hesab köhnə hesablar planında aktiv, passiv kimi idi.Yəni balansda müəssisə zərərlə işləsə idi 88-in DT-də qalıq kimi balansda aktivdə, mənfəətlə işləsə idisə onda 88-in KT qalığı kimi balansda passivdə göstəriləcəkdir. Amma yeni qaydalarda və yeni Mühasibat uçotu hesabatlarında
bölüşdürülməmiş mənfəət balansın kapital bölməsində uçota alınır və mənfəət olarsa, böluşdurulməmiş balans hesabının kreditində və zərər
olarsa, onda da həmin hesabın kreditində, sadəcə minusla və yaxud da mötərizənin icərisində görünür.
 
 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər