Mənfəətin istifadəsi üzrə uçot necə aparılmalıdır?

Mənfəətin istifadəsi üzrə uçot necə aparılmalıdır?

81 №-li «Mənfəətin istifadəsi» hesabı üzrə aşağıdakı subhesablar açıla bilər:
81-1 «Mənfəətdən büdcəyə ödəmələr»
81-2 «Mənfəətin digər məqsədlərə istifadəsi» və başqaları
81-1 saylı «Mənfəətdən büdcəyə ödəmələr» subhesabında qanunvericiliklə müəyyən edilmiş mənfəətdən vergilər üzrə il ərzində hesablanmış avans ödəmələri və faktiki mənfəətdən bu vergilər üzrə yenidən hesablamalara əsasən ödəmələr uçota alınır. Mənfəətdən vergilərin hesablanması və ödənilməsi qaydaları qanunvericilik və digər normativ aktlarla nizamlanır.
81-2 saylı «Mənfəətin digər məqsədlərə istifadəsi» subhesabında müəssisənin fəaliyyətini və kollektivin sosial inkişafını həyata keçirmək üçün zəruri olan ehtiyat kapitalına və digər fondlara ayırmalar, eləcə də mənfəətin digər məqsədlərə istifadəsi uçota alınır. Müəssisə fondlarının yaradılması və mənfəətin digər məqsədlərə istifadəsi qaydaları təsisedici sənədlərlə nizama salınır.
Aydın olur ki, 81 saylı balans hesabında 81-1 (Mənfəətdən büdcəyə ödəmələr) və 81-2 (Mənfəətin digər məqsədlərə istifadəsi) hesabları var. 81-1 saylı hesab yeni hesablar planının 90-cı maddəsi ilə uyğundur. Amma bu maddədəki hesabların köhnə 81-2 saylı hesabla uyğunluğu yoxdur. 81-2 saylı hesabda qeydə alınan əməliyyatlar yeni hesablar planının 34-cü maddəsi (Bölüşdürülməmiş mənfəət və zərər) daxilində aparılır. Fikrimizcə, bu, daha düzgün yanaşmadır. Əvvəlcə sərəncamda qalan mənfəət formalaşdırılmalı, sonra isə mənfəətin istifadə təyinatı müəyyənləşdirilməlidir.
Nəzərinizə çatdıraq ki, əvvəllər mühasibat uçotuna görə bəzi xərclər vardı ki, onlar sərəncamda qalan mənfəət və ya fondlar hesabına silinirdi. Bunun üçün il ərzində bu təyinata vəsait ayrılır və lazım gəldikcə istifadə olunurdu.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər