Büdcə, QHT və Bələdiyyə təşkilatları illik maliyyə hesabatlarını necə tətbiq etməlidir?

Büdcə, QHT və Bələdiyyə təşkilatları illik maliyyə hesabatlarını necə tətbiq etməlidir?

“Mühasibat uçotu” haqqında Qanunun 14-cü maddəsinə əsasən,  Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Maliyyə Nazirliyi) tərəfindən müəyyən edilir.

Bələdiyyə orqanlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları bələdiyyə tərəfindən müəyyən edilir.

Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının bu Qanuna uyğun olaraq təqdim etdikləri maliyyə hesabatları «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının illik dövlət büdcəsi haqqında qanunları və büdcə sisteminə aid olan digər müvafiq normativ hüquqi aktlar əsasında tələb olunan maliyyə hesabatlarını əvəz etmir, onlara əlavə edilir.

Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər