Bank köçürməsi üçün yazılan ödəniş tapşırığı necə doldurulmalıdır?

Bank köçürməsi üçün yazılan ödəniş tapşırığı necə doldurulmalıdır?

Ödəniş tapşırığının sol hissəsində vəsaiti ödəyən şəxsin bank rekvizitləri, VÖEN-i, bankda olan hesabı yazılır.Ödəniş tapşırığının sağ hissəsində isə vəsaiti alan şəxsin bank rekvizitləri, VÖEN-i, bankda olan hesabı yazılır. S2 hissəsində isə əvvəlcə ödənilən məbləğ rəqəmlə yazılır.Bir az aşağıda isə məbləğ sözlə yazılır.D1 hissəsində isə ödənişin təyinatı və əsası yazılır.

Məsələn «AA» firması «SS» firmasından mal almışdır və buna görə «SS» firması qaimə-faktura, elektron vergi hesab-fakturası təqdim etmişdir.Həmçinin firmalar arasında müqavilə də bağlanılmışdır. Bu zamanı yaxşı olardı ki, D1 hissəsində yazasınız ki, «təqdim olunmuş ____seriyalı______saylı_________tarixli elektron vergi hesab fakturasına əsasən alınmış malların dəyəri ödənilir.

D2 isə ödənişlə bağlı əlavə informasiya hissəsində yaxşı olardı ki, müqavilənin,təqdim olunmuş qaimə-fakturanın nömrəsi, seriyası haqqında məlumatlar yazılsa yaxşı olardı.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər