Milli Standartlarda Nizamnamə kapitalı necə uçota alınır?

Milli Standartlarda Nizamnamə kapitalı necə uçota alınır?

Bəs, Milli Standartlarda, yeni hesablar planında nizamnamə kapitalı haqqında nələr yazılıb. 30. Ödənilmiş nominal (nizamnamə) kapital

301. Nominal (nizamnamə) kapital müəssisənin kapitalı və ehtiyatlarının uçota alınmasına dair ümumiləşdirilmiş məlumatlar əks etdirir. Müəssisənin kapitalı səhmdarların müəssisəyə yönəldilən investisiyaların dəyərini artıran və ya azaldan səhm kapitalı və ehtiyatlardan ibarətdir. Ehtiyatlar bölüşdürülə bilən və ya bölüşdürülməyən müvafiq olaraq səhmdarlara ödənilməli və ya müəssisənin əsas kapitalı təşkil edən hissələrdən ibarətdir.

Hesablar planının 30-cu hesabında müəssisənin ödənilmiş nominal (nizamnamə) kapitalı barədə ümumiləşdirilmiş məlumatlar təqdim olunur. Bu kapital iki göstərici ilə və ya buraxılmış səhmlər 301-ci hesabın (Nominal (nizamnamə) kapital) kreditində Nizamnamə kapitalın səhmdarlara aid olmayan hissəsi isə 302-ci hesabın (Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi) debitində uçota alınır. Bu göstəricilər əsasında Mühasibat balansının 30-cu maddəsində əks olunmuş xalis qalığın açıqlanması təmin edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər