Qeyri maddi aktivlərin yeni hesablarda hansı fərqlər var?

Qeyri maddi aktivlərin yeni hesablarda hansı fərqlər var?

Yeni və köhnə hesablar planında qeyri-maddi aktivlərin mədaxili, onların dəyərinin formalaşması prinsipləri demək olar ki, eynidir. Hansısa qeyri-maddi aktivin formalaşması ilə bağlı xərcələrin cəmi şəklində ilkin dəyərlə formalaşdırılır.

Mövcud fərqlərdən biri qeyri-maddi aktivlərin faydalı istifadə müddəti ilə bağlıdır. Əvvəlki qaydalarda qeyd olunub ki, qeyri-maddi aktivin amortizasiyası üçün onun faydalı istifadə müddəti olmalıdır və bu müddət ərzində qeyri-maddi aktiv amortizasiya olunmalıdır. Əgər faydalı istifadə müddəti məlum olmayan qeyri-maddi aktiv varsa, onda həmin qeyri-maddi aktiv 10 il müddətinə amortizasiya olunur.

Amma yeni qaydalarda bu məsələ fərqlidir. Əgər qeyri-maddi aktivin faydalı istifadə müddəti məlum deyilsə, onda ona amortizasiya hesablanılmır.

0 Komment

    Şərh yazın

    Xəbərlər