Yeni Milli Standartlarda yenidən qiymətləndirmənin izahı

Yeni Milli Standartlarda yenidən qiymətləndirmənin izahı

 

Bəs, yeni Milli Standartlarda yenidən qiymətləndirmə haqqında hansı məlumatlar var. Milli standartlara görə, müəssisələr «torpaq, tikili və avadanlıqlarının» uçotunu iki metodla - ilkin dəyər və yenidən qiymətləndirmə üsulu ilə apara bilər. Müəssisələr «torpaq, tikili və avadanlıqlarını» ilk dəfə mühasibat uçotuna salanda ilkin dəyər metodu ilə uçota almalıdır. İlkin dəyərin formalaşması haqqında yuxarıda məlumat vermişdik.

Sonradan isə müəssisə yenidən qiymətləndirmə metodu ilə uçot apara bilər. Yəni, “torpaq, tikili və avadanlıqlarını» ədalətli dəyərlə qiymətləndirər. Bir məqamı nəzərinizə çatdıraq ki, əgər müəssisə artıq yenidən qiymətləndirmə metodunu seçmişsə, onda hər il “torpaq, tikili və avadanlıqlarını»nın dəyərinə yenidən baxmalıdır, daha doğrusu, sonuncu dəyəri yenidən qiymətləndirməlidir.

 

 

 

0 Komment

    Şərh yazın