Milli Mühasibat uçotu standartlarında pul vəsaitlərinin ekvivalentləri necə uçota alınır və müxabirləşməsi

Milli Mühasibat uçotu standartlarında pul vəsaitlərinin ekvivalentləri necə uçota alınır və müxabirləşməsi

Yaxşı olardı ki, Milli Mühasibat uçotu standartlarında pul vəsaitlərinin ekvivalentləri haqqında yazılanları nəzərdən keçirək. Pul vəsaitlərinin ekvivalentləri investisiya və digər məqsədlərdən daha çox qısamüddətli pul öhdəliklərinin yerinə yetirilməsi üçün istifadə edilirlər. Hər hansı investisiya məbləğinin pul vəsaitlərinin ekvivalentləri kimi təsnifləşdirilməsi üçün, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərinin dəyişməsi riskinə cüzi məruz qalan yüksək likvidli qoyuluşlar olmalıdır. Buna görə də, qısa ödəniş müddətinə, yəni əldə olunduğu tarixdən 3 ay və ya daha az ödəniş müddətinə malik olan qoyuluşlar pul vəsaitlərinin ekvivalentləri kimi tanınırlar. Səhm qoyuluşları pul vəsaitlərinin ekvivalentlərindən ayrılmalıdırlar. Pul vəsaitlərinin ekvivalentləri kimi təsnif ləşdirilən qısamüddətli qoyuluşlar aşağıdakı meyarlara cavab verməlidir:

• qısa ödəniş müddətinə, yəni əldə olunduğu tarixdən 3 ay və ya daha az ödəniş müddətinə malik olmalıdır;

• pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilməlidir;

• dəyərin dəyişməsi kimi cüzi riskə məruz qalmalıdır.

Pul vəsaitlərinin ekvivalentlərinə, adətən qısamüddətli depozitlər, depozit sertifikatları, həmçinin dövlət və kommersiya təşkilatlarının qiymətli kağızları aiddir. Pul vəsaitlərinin ekvivalentlərinə hesabat ilinin sonunda xalis “pul vəsaitləri və onların ekvivalentlərinə” əlavə edilən hər-hansı bank overdraftı da daxildir.

Hər hansı investisiya məbləğinin pul vəsaitlərinin ekvivalentləri kimi təsnifləşdirilməsi üçün bu məbləğin yalnız “pul vəsaitlərinin ekvivalentləri” anlayışına cavab verməsi kifayət deyil. İnvestisiyanın “pul vəsaitlərinin ekvivalentləri” anlayışına cavab veribvermədiyini müəyyənləşdirmək üçün, həmçinin bu investisiyaların hansı məqsədlərlə saxlandığı da nəzərə alınmalıdır. Adətən, pul vəsaitlərinin ekvivalentləri kimi təsnifləşdirilən qısamüddətli investisiyalar müəssisənin əməliyyat, investisiya və maliyyələşdirmə üzrə fəaliyyət kimi deyil, onun pul vəsaitlərinin idarə edilməsi üzrə fəaliyyətinin bir hissəsi kimi alınıb satılan investisiyalardır. ekvivalentlərinə aid edilən “qısamüddətli” xüsusiyyəti onların qısa ödəniş müddətinə, yəni əldə olunduğu tarixdən 3 ay və ya daha az ödəniş müddətinə malik olduğunu nəzərdə tutur. İnvestisiyaların pul vəsaitləri kimi təsnifləşdirilməsi yalnız məsələn, banklar kimi maliyyə institutlarının investisiyaları və ya dövlət istiqrazları ilə məhdudlaşdırılmır. Hüquqi şəxslər tərəfindən buraxılmış borc alətləri və ödənilməli olan imtiyazlı səhmlər də pul vəsaitlərinin ekvivalent ləri kimi təsnifləşdirilə bilərlər.

 

Əməliyyat

«AA» firması bank hesabına 2 aylıq müddətinə 10.000 manatlıq depozit yatırıb.

Müxabirləşmələr:

DT                       KT                                 Məbləğ                                 Əməliyyatın açılışı

56 (Pul sənədləri)   51 (Hesablaşma hesabı)            10.000   manat     10.000 manat depozitə pul qoyulub və 2 aydan sonra geri qaytarılacaq.

225 (Pul vəsaitlərinin ekvivalentləri)         223-1(Hesablaşma hesabı)

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər