Yeni hesablar planında ehtiyatlar necə uçota alınır?
Yeni hesablar planının 20 saylı maddəsində (Ehtiyatlar) belə hesab yoxdur. Amma biz təcrübədə 211 saylı “İnventarlar” adlı hesab, 211-1 saylı “Ehtiyatda olan inventarlar” və 211-2 saylı “İstimarada olan inventarlar” adlı subhesabların açılmasını məqsəduyğun sayırıq. Məntiqlə yanaşsaq, məlumdur ki, inventar alınır. Həmin inventar ehtiyatda da, istismarda da olsa, fiziki formaya malikdir. Ən əsası odur ki, dəyəri uzun müddətə yox, qısa müddətə məhsulun maya dəyərinə daxil edir. Odur ki, inventar alınan zaman 211-1 subhesaba, sonradan istismara verilən zaman isə 211-2 hesaba mədaxil etmək lazımdır. Artıq bu inventarları ehtiyatlarda saxlamaq lazımdır. İstimar müddəti qurtaran kimi isə həmin inventarları silmək və müvafiq xərc maddələrində əks etdirmək lazımdır.
0 Komment
Şərh yazın