Mənfəət vergisi yeni hesablar planında necə uçota alınır?

Mənfəət vergisi yeni hesablar planında necə uçota alınır?

Təsərrüfat fəaliyyətinin son nəticəsi təsisçilərə dividentlərin ödənilməsi üçün hesabat ilinin bölüşdürülməmiş mənfəətini və ya zərərini müəyyənləşdirməkdir. Əgər müəssisə ili mənfəətlə başa vurubsa, ilk növbədə, ümumi mənfəəti müəyyənləşdirmək, sonrakı mərhələdə mənfəət vergisini hesablamaq, daha sonra isə ümumi mənfəətdən mənfəət vergisini çıxmaq lazımdır. Bu məqsədlə də yeni hesablar planında 90 saylı mənfəət vergisi maddəsi və aşağıdakı hesablar nəzərdə tutulub.

901. Cari mənfəət vergisi üzrə xərclər

902. Təxirə salınmış mənfəət vergisi üzrə xərclər

Hesablar planının 90-ci bölməsində 3 və 4 №-li Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mənfəət vergisi haqqında məlumatlar uçota alınır.

Cari ilin mənfəəti üzrə hesablanmış vergi məbləği “Cari mənfəət vergisi üzrə xərclər” adlı 901 nömrəli, hər hansı təxirə salınmış vergi öhdəliklərinin cari ilə aid hissəsi isə “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” adlı 902 nömrəli hesabın kreditində göstərilir.

Vergiqoymadan əvvəl mənfəətdən (zərərdən) hesablar planının 901-civə 902-ci hesablarında uçota alınmış məbləğlər çıxılmaqla mühasibat balansının “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” adlı 341 nömrəli hesaba daxil edilir.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər