Pul vəsaitləri yeni hesablar planında necə uçota alınır?

Pul vəsaitləri yeni hesablar planında necə uçota alınır?

Köhnə hesablar planında təcrübədə ən çox istifadə olunan 50 (Kassa), 51 (Hesablaşma hesabı) və 52 (Valyuta hesabı) nömrəli hesablardır. Bu hesabların yeni hesablar planında necə əks olunduğuna baxaq. Yeni hesablar planında 22 saylı “Pul vəsaitləri və ekvivalentləri” adlı maddə mövcuddur. Bu maddə aşağıdakı hesablardan ibarətdir.

22. Pul vəsaitləri və onların ekvivalentləri

221. Kassa

222.Yolda olan pul közürmələri

223. Bank hesablaşma hesabları

224. Tələblərə əsasən verilən digər bank hesabları

225. Pul vəsaitlərinin ekvivalentləri

Hesablar planının 22-ci hesabında 5N-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq pul vəsaitləri və onların ekvivalentlərınin uçota alınması barədə ümumiləşdirilmiş məlumatlar təqdim olunur. Belə ki, 221-ci hesabda nağd qaydada kassa, müvafiq olaraq 222-ci hesabda yolda olan pul köçürmələri, 223-cü hesabda bank hesablaşma hesabları və 224-cü hesabda tələblərə əsasən verilən digər bank hesabları vasitəsilə nağdsız qaydada pul vəsaitlərinin harəkəti üzrə əməliyyatların aparılması uçota alınır.

Hesablar planının 225-ci hesabı isə qısa ödəniş müddətinə, yəni əldə olunduğu tarixdən 3 ay və ya daha az ödəniş müddətinə malik olan, pul vəsaitlərinə dərhal çevrilə bilən və pul vəsaitlərinin digər növləri üzrə dəyərin dəyişməsi riskinə cuzi məruz qalan yüksək likvidli qoyuluşlarına aid olunan ümumiləşdirilmlş məlumatları əhatə edir.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər