![](/upload_files_old/items/cache/4ca66b7219871850b0117771edcdc2bc_L.jpg)
Hamiləliklə bağlı müavinətin hesablanması zamanı nəzərə alınan 6 ay sosial stajın izahı
Birinci və sonrakı iş yerində olmasına baxmayaraq, ümümilikdə 6 ay sosial stajı olmayan işçi bir iş yerində 6 ay işləməyibsə və əmək qabiliyyətini itiribsə və ya hamiləliyə görə məzuniyyətə çıxıbsa, onda həmin işçiyə heç bir müavinət hesablanmır. Burada diqqətli olmaq lazımdır, söhbət işçinin bir iş yerində 6 ay sosial sığorta stajının olmamasından deyil, ümumilikdə 6 aylıq sosial sığorta stajının yoxluğundan gedir. Buradan belə bir sual meydana çıxır ki, işçiyə ödəniş edilmirsə, onda onu məzuniyyətə buraxmaq olarmı?
Bir iş yerində 6 aydan az çalışan işçi əmək qabiliyyətini itiribsə, xəstələnibsə, hamiləliyə və doğuma görə xəstəlik vərəqəsini gətribsə, o, işəgötürən tərəfindən məzuniyyətlə təmin olunmalıdır. Lakin həmin dövr üçün işçiyə əməkhaqqı hesablanmamalıdır.
0 Komment
Şərh yazın