Sair uzunmüddətli maliyyə aktivlərində nələr nəzərə alınmalıdır?

Sair uzunmüddətli maliyyə aktivlərində nələr nəzərə alınmalıdır?

18. Sair uzunmüddətli maliyyə aktivləri
181. Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar
182. Uzunmüddətli verilmiş borclar
183. Digər uzunmüddətli investisiyalar
184. Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər

Mühasibat balansının 18-ci maddəsində əsasən “Sair uzunmüddətli maliyyə aktivləri”nə dair məlumatların ümumiləşdirilməsi nəzərdə tutulur. Sair uzunmüddətli maliyyə aktivlərinə müvafiq başlıqlar altında təsnifləşdirilə bilməyən bütün digər uzunmüddətli maliyyə aktivləri daxildir. Bu maddədə 19 N-li Milli Mühasibat Uçotu Standartına əsasən birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatı tərtib edilənədək saxlanılan və ödənilməsi nəzərdə tutulan törəmə müəssisələrə qoyulan investisiyalar, həmçinin asılı təsərrufat cəmiyyətləri və birgə müəssisələr istisna olmaqla, digər müəssisələrin kapitalına qoyulan investisiyalar və onlara verilən uzunmüddətli borclar göstərilir. Başqa sözlə, həmin maddəyə əsasən müəssisənin hesabat ilində tərtib edilən maliyyə hesabatlarında onun növbəti hesabat dövrü ərzində ödənilməsi tələb olunan və ya növbəti hesabat dövrü ərzində ödəmək niyyətində olmayan borcun məbləği uçota alınır.
Belə uzunmüddətli maliyyə aktivləri əvvəlcə ilkin dəyəri ilə uçota alınmalıdırlar, sonradan isə yenidən qiymətləndirilirlər. Bu aktivlərin uçotu hesablar planının 181-183-cü hesablarında aparılır. Bundan başqa, həmin aktivlər üzrə dəyərinin aşağı düşməsi barədə məlumatın verilməsi mühasibat uçotunun hesablar planının 184-cü hesabında uçota alınır.


0 Komment

    Şərh yazın