Milli standartlarda Əsas vəsaitlərinin uçotunun əvvəlkindən hansı fərqləri var?

Milli standartlarda Əsas vəsaitlərinin uçotunun əvvəlkindən hansı fərqləri var?

 

İndi isə köhnə hesablar planı ilə yeni hesablar planında uçota alınan uzunmüddətli aktivləri fərqləndirək. Köhnə qaydalarda konkret yazılıb ki, 500.000 AZM-dən, yəni 100 manatdan artıq dəyəri olan istismar müddəti 1 ildən yuxarı aktivlər əsas vəsait kimi uçota alınmalıdır. Amma yeni milli mühasibat uçotu qaydalarında artıq 100 manat məhdudiyyəti yoxdur, sadəcə 1 il məhdudiyyəti var. Belə çıxır ki, yeni standartlara əsasən, əgər hər hansı bir aktivin, əmlakın dəyəri 100 manatdanaşağıdırsa, amma onun faydalı istifadə müddəti 1 ildən yuxarıdırsa, artıq o «torpaq tikili və avadanlıq» kimi, köhnə qaydada desək, əsas vəsait kimi uçota alına bilər.

 

Sual oluna bilər ki, Vergi Məcəlləsində də əsas vəsaitlərlə bağlı 100 manat məhdudiyyəti var, bunu necə başa düşmək olar. Bu haqda bir qədər sonra məlumat verəcəyik.«Torpaq tikili və avadanlıqlar”ın, başqa sözlə desək, əsas vəsaitlərin uçota alınması ilə bağlı qısa məlumat verdik. İndi isə əsas vəsaitlərin və «torpaq tikili və avadanlıq»ların uçotunda daha hansı fərqlər olduğuna diqqət yetirək. 01 №-li «Əsas vəsaitlər» hesabında uçota alınan əmək vasitələri iqtisadiyyatda müvafiq təhlil aparmaq üçün aşağıdakı qaydada qruplaşdırılır:

 

Binalar;

Qurğular (tikintilər);

Ötürücü qurğular;

Maşınlar və avadanlıqlar;

Nəqliyyat vasitələri;

İstehsalat alətləri (ləvazimatları) və təsərrüfat inventarları;

İşçi və məhsuldar heyvanlar;

Kitabxana fondu;

Sair əsas vəsaitlər.

111 «Torpaq, tikili və avadanlıqlar»da isə aşığdakılar uçota alınmalıdır.

(i) Torpaq;

(ii) Binalar;

(iii) Maşın və avadanlıqlar;

(iv) Nəqliyyat vasitələri;

(v) Digər obyektlər;

(vi) Tikilməkdə olan obyektlər.

Göründüyü kimi hər iki halda uçota alınanlar eynidir. Yeganə fərq köhnə hesablar planında olan «İşçi və məhsuldar heyvanlar» və sair əsas

vəsaitlərin tərkibində uçota alınan «Çoxillik əkmələr»lə bağlıdır. Daha doğrusu, bunlar köhnə hesablar planının 01 saylı balans hesabında uçota

alınırdı, amma yeni hesablar planının 111 saylı hesabında artıq uçota alınmır.

Onda, bəs, bunlar hansı balans hesabında uçot alınır. Köhnə hesablar planındakı “İşçi və məhsuldar heyvanlar» və «Çoxillik əkmələr» artıq 13 saylı maddədə, 131, 132 saylı hesablarda uçot alınır.

 

0 Komment

    Şərh yazın