Müəssisə malları alıb satdıqda necə müxabirləşmə verməlidir?

Müəssisə malları alıb satdıqda necə müxabirləşmə verməlidir?

«AA» müəssisəsi sonradan satmaq məqsədilə digər təşkilatdan (malgöndərəndən) 1.000 manatlıq ərzaq malları alıb. Malların əlavə dəyər vergisi 180 manat təşkil edib və müəssisə bank vasitəsilə vəsaiti ödəyib. «AA» müəssisəsi malları 1.200 manat + 216 manat (18%-lik ƏDV) olmaqla satıb.

 

 

Bu halda müxabirləşmələr aşağıdakı kimi olacaq:

DT                          KT                                                    Məbləğ                                   Əməliyyatın açılışı

41 (Mallar)             60 (Malgöndərən və podratçılarla hesablaşmalar)  1.000manat         Ərzaq malları alınıb.

205 (Mallar)          531 (Malgöndərən və podratcılara olan qısamüddətli kreditor borcları)

19.5 (Əvəzləşdiriləcək ƏDV)  60 (Malgöndərən və podratçılarla hesablaşmalar) 180 manat                Alınmış malların 18%-lik ƏDV-si.

241 (Əvəzləşdiriləcək ƏDV)  531 (Malgöndərən vəpodratcılara olan qüsamüddətli kreditor borcları)

60 (Malgöndərən və podratçılarla hesablaşmalar) 51 (Hesablaşma hesabı)          1.000 manat  Ərzaq mallarının dəyəri ödənilib.

531 (Malgöndərən və podratcılara olan qüsamüddətli kreditor borcları)         223 (Hesablaşma hesabı)

60 (Malgöndərən və podratçılarla hesablaşmalar) 51 (Hesablaşma hesabı) 180 manat ƏDV ödənilir (depozit

hesabına).

531 (Malgöndərən və podratcılara olan qüsamüddətli kreditor borcları)  223 (Hesablaşma hesabı)

68.2 (ƏDV)              19.5 (Əvəzləşdiriləcək ƏDV) 180 manat Ödənilmiş ƏDV əvəzləşdirilir.

521 (Vergi öhdəlikləri) 241 (Əvəzləşdiriləcək ƏDV)

46 (Satış) 41 (Mallar) 1.000 manat Mallar satılıb və malın dəyəri silinib.

701 (Satışın maya dəyəri ) 205(mallar)

601 (Satış ) 701 (Satışın maya dəyəri )

62 (Alıcı və sifarişçilər) 46 (Satış) 1.416 manat Mallar alıcılara satılıb.

211 (Alıcı və sifarişçilər üzrə qısamüddətli borclar)  601 (Satış )

46 (Satış) 68.2 (ƏDV)  216 manat Satışın ƏDV-si büdcəyə hesablanılıb.

601 (Satış ) 521 (Vergi öhdəlikləri)

0 Komment

    Şərh yazın

    Xəbərlər