Ehtiyatların uçotunun orta maya dəyəri və FİFO metodunun misalla izahı
Yeni Milli Mühasibat uçotu standartları ehtiyatların uçotunun 2 formada aparılmasını qəbul edir. Orta maya dəyəri və FİFO (İlkin alış qiyməti ilə).
Orta maya dəyəri nədir?
Bunu sadə bir misalla izah edək:
«AA» firması yanvar ayının əvvəlində 100 ədəd kərpic alıb. Kərpicin birinin alış dəyəri 0,20 manat olub.Yanvar ayının ortasında isə yenidən 200 ədəd kərpic alıb. Bu dəfə kərpicin birinin alış dəyəri 0,22 manat olub.
Yanvar ayının sonunda isə istehsalata 250 ədəd kərpic silinib
Birinci alış - 100 x 0,20 = 20 manat
İkinci alış - 200 x 0,22 = 44 manat
Burada orta maya dəyərini hesablamaq lazımdır və bu aşağıdakı kimi olacaq:
100 ədəd birinci alış + 200 ədəd ikinci alış = 300 ədəd kərpic
20 manat birinci alışın dəyəri + 44 manat ikinci alışın dəyəri = 64 manat
Cəmi alışın dəyəri / cəmi alışın miqdarı = 64 manat / 300 kərpic = 0,213
Silinib - 250 x 0,213 = 53,25 manat
Ayın sonuna qalıq - 100 + 200 – 250 = 50 ədəd kərpic və - 20 + 44 -52,50 = 10,75 manat
İndi isə bunu FİFO metodu ilə hesablayaq:
Birinci alış - 100 x 0,20 = 20 manat
İkinci alış - 200 x 0,22 = 44 manat
Burada ilkin alış dəyəri ilə silinmə aşağıdakı kimi olacaq.
Silinən 250 ədəd kərpicin 100-ü birinci partiya ilə alınmış kərpicdir.
Odur ki, 20 manat silinəcək.
Silinən 250 ədəd kərpicin yerdə qalan 150-si ikinci partiya ilə alınmış kərpicdir. Odur ki, 150 x 0,22 = 33 manat silinəcək.
Cəmi 250 ədəd kərpicin silinən dəyəri 20 manat + 33 manat = 53 manatdır.
Ayın sonuna qalıq - 100 + 200 – 250 = 50 ədəd kərpic və - 20 + 44 -53 = 11 manat
Göründüyü kimi FİFO metodu bir az çətindir. Fikrimizcə, ən yaxşı metod orta maya dəyəri metodudur. Bu metod təcrübədə özünü döğruldur, eyni zamanda asandır.
1 Komment
Aytac 18 Yanvar 2023
Abc müəsisəsi may ayı ərzində X materialından 4mayda 15m-dan 150 ədəd,9mayda 20m-dan 300ədəd,20 mayda isə 30m-dan 200ədəd alış edib.8mayda 120ədəd,10mayda isə 150 ədəd,25 mayda isə 150 ədəd emala buraxılıb.Dövrün sonunda emala buraxılan və ehtiyatda qalan X materalının maya dəyərini FİFO metodu ilə hesablayın
Şərh yazın