Əsas vəsaitlərinin amortizasiya ayırmalarının hər 3 metodunun misalla izahı

Əsas vəsaitlərinin amortizasiya ayırmalarının hər 3 metodunun misalla izahı

Amortizasiya ayırmaları barədə Vergi Məcəlləsində də yazılıb. yeni standartlara əsasən, amortizasiya ayırmalarının 3 metodu var. Bunlar düz xətt metodu, azalan qalıq metodu və maşın saatı metodudur. Vergi Məcəlləsində olan metod azalan qalıq metodudur. Bu metodların aydın olması üçün sadə bir misal gətirək. Tutaq ki, müəssisənin balansında 10.000 manatlıq avadanlıq var. Avadanlığın faydalı istifadə müddəti 10 ildir.

- Düz xətt metodu

10.000 /10 il = 1.000 manat

Müəssisə hər il 1.000 manat amortizasiya ayırmaları edəcək və bu məbləği xərclərə siləcək.

- Azalan qalıq metodu

Birinci il: 10.000 x 25% = 2.500 manat

İkinci il: (10.000 -2.500) x 25% = 1.875 manat

Bu şəkildə hər il üçün amortizasiya ayırmaları hesablanılır.

- Maşın saatı metodu

Nəzərə alaq ki, avadanlığın faydalı istifadə müddəti 6.000 saatdır. Bu,

birinci il üçün 800 saat, ikinci il üçün isə 700 saatdır.

Onda birinci il üçün: 10.000 manat / 6.000 x 800 = 1.333 manat, ikinci il üçün 10.000 manat / 6.000 x 700 = 1.166 manat amortizasiya ayırmaları hesablanmalıdır.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər