Köhnə hesablar planında olmayan hesab: Daşınmaz əmlaka investisiyalar

Köhnə hesablar planında olmayan hesab: Daşınmaz əmlaka investisiyalar

Bəzi fəsillərdə yeni hesablar planında əvvəlki hesablar planında olmayan hesab və məliyyatların olduğunu bildirmişdik. Bəzən də köhnə hesablardan bəzilərinin yeni hesablar planında uyğun hesabının olmamasını qeyd etmişdik. Bu mənada seçilənlərdən biri də 12 saylı daşınmaz əmlaka investisiyalar maddəsi və orada olan hesablardır. Əvvəlcə yeni qaydalarda nəzərdə tutulmuş bu heasblar haqqında məlumat verək.

12. Daşınmaz əmlaka investisiyalar

121. Daşınmaz əmlaka investisiyalar - Dəyər

121-1. Torpaq - Dəyər

121-2. Binalar - Dəyər

122. Daşınmaz əmlaka investisiyalar - Amortizasiya

122-2. Binalar – Amortizasiya

Mühasibat Balansının “Daşınmaz əmlaka investisiyalar” adlı 12-ci maddəsinə müəssisənin torpaq və ya tikililərə yönəldilən uzunmüddətli investisiyalar daxildir. Daşınmaz əmlaka investisiyalar 27 №-li Milli Mühasibat Uçotu Standartında açıqlanıb. Daşınmaz əmlaka investisiyalar, müəssisənin əsas fəaliyyət növü investisiya mülkiyyəti ilə bağlı olduğu hal istisna olmaqla, müəssisə tərəfindən onun adi fəaliyyətləri ilə bağlı gəlirin əldə olunması üçün istifadə ediməyyən, həmçinin gələcəkdə satış məqsədi ilə saxlanılan aktivdir. Mühasibat uçotunun hesablar planının 121-ci hesabında belə investisiyalar uçota alınaraq maliyyə hesabatlarında ilkin və ya ədalətli dəyərlə təqdim edilir. Daşınmaz əmlaka investisiyalar ilkin və ya ədalətli dəyərlə uçota alındıqda, onlar 7 N-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq amortizasiya edilir. Ədalətli dəyərlə qiymətləndirdiyi təqdirdə isə o zaman həmin aktivə amortizasiya normaları tətbiq edilmir. Daşınmaz əmlaka investisiyalar üzrə amortizasiya məbləği hesablar planının 122-ci hesabında əks etdirilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər