ƏDV depoziti üzrə müxabirləşmələr necə aparılır?
«AA» müəssisəsi 2010-cu ilin noyabr ayında 10.000 manatlıq mal satıb. Satışa 1.800 manat (18%-lik ƏDV) əlavə olunub. Alıcı 10.000 manatı bank hesabına, 1.800 manatı isə depozit hesabına ödəyib.
Bu halda müxabirləşmələr belə olacaq (qara və kursivlə yeni hesablar planı üzrə verilib):
DT KT Məbləğ Əməliyyatın açılışı
62 (Alıcı və sifarişçilərlə hesablaşmalar) 46 (Satış) 11.800 Mal satılıb.
217 (Alıcı və sifarişçilərlə qısamüddətli
hesablaşmalar) 601 (Əsas əməliyyatlardan gəlirlər)
46 (Satış) 68.2 (ƏDV) 1.800 18%-lik ƏDV büdcəyə hesablanılıb)
601 (Əsas əməliyyatlardan gəlirlər) 521 -2 (ƏDV)
51 (Hesablaşma hesabı) 62 (Alıcı və sifarişçilərlə hesablaşmalar) 10.000 Alıcı mallın dəyərini
«AA» firmasının bank hesabına ödəyib.
223 (Hesablaşma hesabı) 217 (Alıcı və sifarişçilərlə qısamüddətli
hesablaşmalar)
53 (Depozit hesabı) 62 (Alıcı və sifarişçilərlə hesablaşmalar) 1.800 Alıcı ƏDV-ni «AA»
firmasının depozit hesabına ödəyib.
226 (Depozit hesabı) 217 (Alıcı və sifarişçilərlə qısamüddətli hesablaşmalar)
0 Komment
Şərh yazın