Mənfəət vergisi yeni hesablar planında hansı hesablar üzrə uçota alınlır

Mənfəət vergisi yeni hesablar planında hansı hesablar üzrə uçota alınlır

Təsərrüfat fəaliyyətinin son nəticəsi təsisçilərə dividentlərin ödənilməsi üçün hesabat ilinin bölüşdürülməmiş mənfəətini və ya zərərini müəyyən ləşdirməkdir. Əgər müəssisə ili mənfəətlə başa vurubsa, ilk növbədə, ümumi mənfəəti müəyyənləşdirmək, sonrakı mərhələdə mənfəət vergisini
hesablamaq, daha sonra isə ümumi mənfəətdən mənfəət vergisni çıxmaq lazımdır. Bu məqsədlə də yeni hesablar planında 90 saylı mənfəət vergisi maddəsi və aşağıdakı hesablar nəzərdə tutulub.
901. Cari mənfəət vergisi üzrə xərclər
902. Təxirə salınmış mənfəət vergisi üzrə xərclər

Hesablar planının 90-ci bölməsində 3 və 4 №-li Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mənfəət vergisi haqqında məlumatlar uçota alınır.   Cari ilin mənfəəti üzrə hesablanmış vergi məbləği “Cari mənfəət vergisi üzrə xərclər” adlı 901 nömrəli, hər hansı təxirə salınmış vergi öhdəliklərinin
cari ilə aid hissəsi isə “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” adlı 902 nömrəli hesabın kreditində göstərilir. Vergiqoymadan əvvəl mənfəətdən (zərərdən) hesablar planının 901-ci və 902-ci hesablarında uçota alınmış məbləğlər çıxılmaqla mühasibat balansının “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” adlı 341 nömrəli hesaba daxil edilir.
İndi isə bu hesabların köhnə hesablar planındaki hesablarla uyğunluğuna baxaq. Bu hesablar köhnə hesablar planının 81 saylı “Mənfəətin istifadəsi”
hesabına qismən uyğun gəlir.

0 Komment

    Şərh yazın