Kassa limiti necə tənzimlənməlidir?
İndi isə kassa əməliyyatları haqqında əlavə məlumatlar verək. Kassa limitinin məbləği ilə bağlı Milli Məclisin 28 mart 1995-ci il tarixli, 1004 saylı qərarı var.
Belə ki, həmin qərarda kassada limit məbləğinin saxlanması haqqında Milli Banka tapşırıqlar verilmişdi. Artıq 03 mart 2006-cı il tarixindən, 1004 saylı qərar qüvvədən düşüb. Bu o deməkdir ki, artıq kassa limiti haqqında məhdudiyyət yoxdur. Bir məqamı qeyd edim ki, hətta sozügedən qərar qüvvədə olduğu vaxtlarda belə kassa limitini aşdığına görə Mərkəzi Bank tərəfindən hansısa təşkilata cərimə tətbiq olunmasına rast gəlməmişəm.
0 Komment
Şərh yazın