Əmək müqaviləsində növbəli iş rejimi necə əks olunmalıdır?

Əmək müqaviləsində növbəli iş rejimi necə əks olunmalıdır?

Növbəli iş rejimi ilə bağlı bu maraqlı sualı saytımızın eksperti Altay Cəfərov cavablandırır
 
Sual: Salam. Hər vaxtını xeyir. Bir sualdan ötrü vaxtınızı alıram. Deməli, bizdə restoran fəaliyyəti ilə məşğul olan fiziki şəxs var və bu fiziki şəxsin 100-dən çox işçisi var. bu işçilərin iş qrafiki həftəlik olaraq 2 növbə üzrə dəyişir və buna müvafiq olaraq da onların iş saatları hər həftə dəyişir. Mən soruşmaq istəyirəm ki, əmək müqaviləsinin kağız variantının iş vaxtı bölməsində iş vaxtının başlama və bitmə saatlarının əvəzinə "təsdiq olunmuş daxili qrafikə əsasən" sözlərini yazmaq olarmı?
Tagi Nurullayev 
Cavab: Əmək müqaviləsi bağlanılan zamanı bütün şərtlər işçi və işəgötürən razılaşdırmalıdırlar.Şərtlərdən biri də iş vaxtının rejimidir.Əmək müqaviləsində qeyri-müəyyənliyə yol verilməməlidir.İş rejimi növbəli ola bilər, bir gün bir vaxtda növbəti gün və ya bir gün sonra başqa vaxtda işləmək olar, əsas odur ki, gündəlik 8 saatdan , həftəlik 40 saatdan çox olmasın.Bütün hallarda iş qrafiki müqavilədə razılaşdırılmalıdır.

0 Komment

    Şərh yazın

    Xəbərlər