Analıq məzuniyyəti ilə bağlı AKTUAL SUAL
Saytımızın eksperti Altay Cəfərov analıq məzuniyyəti ilə bağlı sualı cavablandırır
Sual: İşçi 126 günlük analıq məzuniyyətinə çıxır, daha sonra keysər əməliyyatı olduğu üçün 14 günlük əlavə məzuniyyət hüququndan da istifadə edir Amma İşçi əmək məzuniyyətini həmin il üçün istifadə etməyib. Belə olan halda, əmək məzuniyyətinə çıxa bilərmi? Əgər çıxa bilərsə, o zaman əmək məzuniyyətinin hesablanma qaydasını deyə bilərsiniz? Əvvəlcədən, təşəkkür edirəm.
Leyla Baxşəliyeva
Cavab: Bəli analıq məzuniyyətindən qayıdandan sonra əmək məzuniyyətiniə çıxa bilər və onun hesablanması qaydasıda əvvəlki 12 aylıq əmək haqqısına əsasən hesablanılır. “Əmək münasibətləri:A-dan Z-yə” kitabında hesablama qaydası təqdim olunub. Qeyd edək ki, hesablamalar zamanı analıq məzuniyyəti də nəzərə alınır.
0 Komment
Şərh yazın