Ezamiyyə ilə bağlı praktiki sualın cavabı

Ezamiyyə ilə bağlı praktiki sualın cavabı

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Monitor Konsaltinq ,mümkünsə, bu sahə üzrə geniş açıqlama istərdim. Məsələn, Cəlilabad rayonunda 1 günlük ezamiyyə pulu 65 manatdır,bura həm qalmaq həm də yemək daxildir. Rayonda təbii ki,çek verilmir. Avans hesabatında sadəcə filan məbləğ yeməyə,filan məbləğ isə qalmağa xərcləndiyinin göstərilməsi kifayətdirmi? Aktlaşdırma mümkün deyil,rayonda akta heç kəs qol çəkmək istəmir

Farida Muxtarova

Cavab:  Ezamiyyə ilə bağlı qanunvericikliyə çıxarışa nəzər salaq:

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının  20 faizini gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat  və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir.

 Mehmanxana xərcləri - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsi daxilində müvafiq təsdiqedici sənədlər əsasında, təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ödənilir.

Sualınızda qeyd etdiyiniz akt da təsdiqedici sənəd sayılmır. Gündəlik temək xərclərinə norma daxilində müəyyənləşdiriləndə təqdiqedici sənəd tələb edilmir, amma mehmanxana xərcləri üçün isə təsdiqedici sənədlər(mehmanxanadan mədaxil qəbzi,  bankla ödəniş edəndə bank sənədi və s. bu kimi təsdiq edici sənədlər) tələb edilir. Sənədlər təqdim edilmədiyi halda mehmanxana normasının 50 faizi həcmində ödəniş olunur. Sizin misalınızda, təsdiq edici sənədlər olmadan bir gün üçün mehmanxana məbləği 26 manat (65x80 faizx 50 faiz) təşkil edəcək. Avans hesabatında gündəlik və mehmanxana xərcləri ayrı-ayrılıqda yazılması məqsədəuyğundur. Ən azı ona görə ki, mehmanxana xərclərinə sənədlər tələb edilir və bu xərclər aydınlıq gətirmək lazımdır.

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər