Kamilə Əlizadə: "Mühasibi göyərçin kimi təsəvvür etsək, qanadının biri nəzəri biliklər, digəri praktikadır"

Kamilə Əlizadə: "Mühasibi göyərçin kimi təsəvvür etsək, qanadının biri nəzəri biliklər, digəri praktikadır"

Müəssisələrdə və müxtəlif kurs və konsaltinqlərdə mühasib, təlimçi-mühasib vəzifələrində çalışmış Kamilə Əlizadədən mühasibatlığı öyrənmək istəyənlər üçün faydalı tövsiyyələr

- Kamilə xanım, peşəkar mühasibatlığı öyrədən şəxs kimi fikirləriniz maraqlıdır ki, mühasibatlıq sahəsində çalışmaq istəyən namizəddə əsas 3 hansı xüsusiyyət olmalıdır?

- Peşəkar mühasibatlıq geniş bir anlayışdır. Bunu 3-4 aylıq bir proqram ilə tam mənimsəmək qeyri-mümkündür. Lakin mühasib ən azı mühasibatlıq əməliyyatlarını təsvir edə bilməli, müxabirləşmələrin mahiyyətini anlamalı və müvafiq qanunvericilik biliklərinə malik olmalıdır. Mühasibin riyazı təfəkkürü, səbri və yenilikləri öyrənmə həvəsi olmalıdır.

- Bəzi həmkarlarımız iddia edirlər ki, hal-hazırda ali təhsil müəssisələrində yeni hesablar planı, bəyannamələrin təqdimatı və s. praktiki mühasibatlıq öyrədilmədiyi üçün məzunların işlə təmin olunmasında çətinlik var. Sizin mühasibatlıq ixtisası üzrə ali və ya orta ixtisas məktəblərini bitirən tələbələriniz var. Həmin tələbələr digər ixtisasları bitirənlərdən çoxmu fərqlənirlər?

- Mühasibi göyərçin kimi təsəvvür etsək, qanadının biri nəzəri biliklər, digəri praktikadır. Hər ikisi olmadan uçmaq mümkün olmayacaq. Kursu bitirən tələbələr müəyyən nəzəri biliklərə və praktiki vərdişlərə yiyələndiklərindən rahat iş tapa bilərlər. Lakin nəzəri biliyini təhsil müəssisələrində illərcə möhkəmləndirmiş və mütaliə vərdişi olan şəxslər yaxşı mənada əlbəttə ki, digərlərindən fərqlənirlər.

- Maraqlıdır, mühasibatlığı sıfırdan öyrənmək istəyənlər əsasən, hansı sahəni daha tez öyrənmək istəyirlər? Misal üçün, mühasibatlıq nəzəriyyəsini öyrənmədən 1C proqramını öyrənmək istəyənlər olurmu?

- Müraciət edən şəxslər bəzən nədən başlamalı olduqlarını bilmirlər. Onları düzgün yönləndirmək lazımdır. 1C və digər mühasibatlıq proqramları uçotun sadələşmiş üsulla aparılması üçün nəzərdə tutulub. Uçotu necə aparmalı olduğunu bilməyənlər, yəni nəzəri biliyi olmayanlar proqramlarda yalnız məhdud səviyyədə işləyə bilərlər. Hansısa mühasibatlıq proqramını öyrənməzdən öncə mütləq nəzəri biliklərə yiyələnmək lazımdır.

- Kamilə xanım, bildiyimiz kimi, artıq bəzi iri müəssisələr üçün peşəkar mühasibat sertifikatı tələb olunacaq. Sizin fikrinizcə, bu cür tələbə ehtiyac var idi və bu addım ölkəmizdə mühasiblərin keyfiyyətinə müsbət təsir edəcək?

- Fikrimcə belə bir ehtiyac çoxdan var idi və bu addımın bir çox müsbət təsirləri olacaq. Mühasiblərin peşəkarlıq baxımından dərəcələndirilməsi həmkarlarımın yaxşı mənada rəqabətinə və inkişafına təkan verəcəyini düşünürəm.

Məlumat üçün bildirək ki, ADİU-nun Türk Dünyası İşlətmə Fakültəsinin məzunu olan, Nurgün Group MMC, Nissan Motors MMC, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Mazarina MMC, Green Group MMC, Accounting.az MMC, Muhasibat.az MMC və s. kimi müəssisələrdə və müxtəlif kurs və konsaltinqlərdə mühasib, təlimçi-mühasib vəzifələrində çalışmış Kamilə Əlizadə Muhasibat.az MMC kurslarında mühasibat uçotunu tədris edir. Əsasən, mühasibatlığı 0-dan başlayanlar üçün tədris olunan kurs proqramında beynəlxalq mühasibatlıq, maliyyə hesabatları, vergi və dsmf hesabatlarının tərtib olunması, həmçinin elektron portallarda (Elektron qaimələrin yazılması, əmək müqaviləsinin elektron qeydiyyatı və s.) işləmək qaydaları və praktiki digər zəruri vərdişlər öyrədildiyindən kursu bitirən tələbələr də rahatlıqla iş tapa bilirlər. İlk dərsi ödənişsiz olan kurslar haqqında daha ətraflı məlumatı www.muhasibat.az saytımızı izləyərək əldə edə bilərsiniz.

 "Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər