Ezamiyyə hesablanması ilə bağlı bütün mümkün halların izahı: A-dan Z-yə

Ezamiyyə hesablanması ilə bağlı bütün mümkün halların izahı: A-dan Z-yə

Sual: Ezamiyyə haqqı ilə bağlı sual vermək istəyirəm. İşçimiz 5 günlük ezamiyyəyə gedib. 3 gün Bakı şəhərində və qalan 2 gün regionlarda (1 gecə Gəncə (50 manat mehmanxana çeki təqdim edib)  - 1 gecə isə Şəki olmaqla (52 manat mehmanxana çeki təqdim edib)) ezamiyyədə olub. Bakı şəhərində 2 gecə qalsa da,  yalnız 1 günün gecələmək qəbzini təqdim edib. Həmin qəbz 80 manatlıqdır. Zəhmət olmasa,  izah edərdiniz ki,  işçiyə nə qədər ezamiyyə  haqqı ödənilməlidir?

Cavab: Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli «Ezamiyyə xərclərinin normaları haqqında» qərarı var. Həmin qərarda yazılıb:

Dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında istifadə olunan ezamiyyə xərclərinin normalarını təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilsin.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.

  • Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.

Qeyd edək ki,  Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovu imzaladığı 20 iyun 2018-ci il və 269 saylı qərara əsasən, ezamiyyə normalarının bu məbləğlərlə hesablanması 01 iyul 2018-ci ildən etibarən həyata keçirilir.  

 Qaydalara istinad edərək ezamiyyə xərclərinin hesablanmasını həyata keçirək.

  • 1-ci gün Bakı şəhəri üçün gündəlik xərc – 18 manat (90 manat x 20 faiz)
  • 1-ci gün Bakı şəhəri üçün Mehmanxana xərci - 72 manat (90 manat x 80 faiz) Baxmayaraq ki,  mehmanxana çeki olaraq 80 manat teqdim edilib, amma qaydalara görə 72 manat ezamiyyə hesablanmalıdır.
  • 2-ci gün Bakı şəhəri üçün gündəlik xərc – 18 manat (90 manat x 20 faiz)
  • 2-ci gün Bakı şəhəri üçün Mehmanxana xərci -36 manat (90 manat x 80 faiz x50 faiz) Mehmanxana çeiki təqdim etmədiyinə görə qaydalara görə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir
  • 3-cü gün Bakı şəhəri üçün gündəlik xərc – 18 manat (90 manat x 20 faiz)

Bakı üzrə cəmi ezamiyyə xərci =18 manat x 3 gün (3 günlük gündəlik xərc) +72 manat (1-ci günün mehmanxana xərci) + 36 manat (2-ci günün mehmanxana xərci) = 162 manat

  • 3-cü gün Gəncə şəhəri üçün mehmanxana xərci – 50 manat (Normaya uyğun 56 manat (70 manat x 80 faiz) mehmanxana xərci hesablanmasına baxmayaraq, 50 manatlıq mehmanxana qəbz təqdim edildiyi üçün həmin məbləğ nəzərə alınır)
  • 4-cü gün Gəncə şəhəri üçün gündəlik xərc – 14 manat (70 manat x 20 faiz)

Gəncə şəhəri ezamiyyə xərci= 14 manat (1 günlük gündəlik xərc) + 50 manat (1 günlük mehmanxana xərci)=64 manat

4-cü gün Şəki şəhəri üçün mehmanxana xərci – 52 manat (65 manat x 80 faiz)

5-cü gün Şəki şəhəri üçün gündəlik xərc – 13 manat (65 manat x 20 faiz)

Şəki şəhəri ezamiyyə xərci= 13 manat (1 günlük gündəlik xərc) +52 manat (1 günlük mehmanxana xərci) =65 manat

Ezamiyyə xərclərinin YEKUNU = 162 manat+ 64 manat + 65 manat= 291 manat

Əlavə olaraq bildirək ki, Bakı təqdim olunan sənədəki məbləğlə mehmanxana xərci norması arasında 80 manat - 72 manat = 8 manat fərq var.  Təşkilat rəhbərliyi qərara alsa ki, bu məbləği mənfəət hesabına ödəsin, onda 291 manat + 8 manat = 299 manat ezamiyyə xərci ödənilməlidir.  

Zəruri qeyd: Günədlik xərclər üçün hər hansı təsdiqedici sənədlər tələb olunmur yəni nahar üçün restoran çeki vəya mədaxi qəbzi almağa ehtiyac yoxdur.

 "Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər