Mühasiblərin diqqətinə! Prezidentin təsdiq etdiyi Dövlət Proqramında Mühasibatlıq baxımdan İNQİLABİ DƏYİŞİKLİK
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə “2018–2020-ci İLLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASINDA RƏQƏMSAL ÖDƏNİŞLƏRİN GENİŞLƏNDİRİLMƏSİ ÜZRƏ DÖVLƏT PROQRAMI” təsdiq edilib.
Dövlət Proqramının strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir.
Həmkarlarımız üçün «RƏQƏMSAL ÖDƏNİŞLƏRİN İNSTİTUSİONAL MÜHİTİNİN DAHA DA YAXŞILAŞDIRILMASI» bölməsinin “Vergi sisteminin effektivliyinin artırılması” bəndi maraqlı olacağını nəzərə alaraq, bəzi məlumatlara aydınlıq gətirmək istəyirik.
Dövlət Proqramının tədbirlər planında qeyd olunub ki, Əsas icraçı Maliyyə Nazirliyi Vergilər Nazirliyinin tövsiyyəsini nəzərə alınmaqla "Vahid Mühasibatlıq Sistemi" yaradacaq. Bu prossesin icra müddəti olaraq 2018-2020-ci illər qeyd edilib.
Tədbirlər planına uyğun olaraq, prosseslər aşağıdakı şəkildə həyata keçiriləcək:
- “Vahid Mühasibatlıq Sistemi”nin tətbiq edilməsi;
- Bütün vergi ödəyicilərinin “Vahid Mühasibatlıq Sistemi”nə keçidi imkanları təhlili;
- elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviqi;
- Kiçik və orta ölçülü şirkətlərin yeni mühasibatlıq sisteminə rahat keçidini təmin etmək üçün mərhələli miqrasiya planı hazırlanmasi;
- Kiçik ölçülü təşkilatların miqrasiya planının hazırlanmasında iştirakı təmin edilməsi.
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
012 564 86 85, 050 368 12 72, [email protected]
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın