Inventarzasiya aparılması hansı müddətə və necə aparılmalıdır? (Nümünəvi forma)
Öncəki mühasibat uçotu qaydalarına görə, məcburi qaydada ildə bir dəfə istənilən müəssisədə inventarizasiya aparılmalı idi. İnventarizasiya dedikdə, təkcə mal, xammal, material və hazır məhsulun yox, debitor, kredtor borcları, əsas vəsaitlər, öhdəliklər və digər vacib aktiv və öhdəliklərin inventarizasiyası başa düşülür. İnventarizasiya qeyd etdiyimiz aktiv və öhdəliklərin mühasibat uçotunda olan vəziyyəti ilə (miqdarı, yararlılığı, çeşidi, məbləği və s.) faktiki vəziyyətinin qarşılaşdırılmasıdır. Ümumiyyətlə, təcrübədə əsasən, maddi aktivlərin inventarizasiyası aparılır. Tövsiyə edərdik ki, illik maliyyə hesabatı tərtib olunmamışdan əvvəl inventarizasiya aparılsın. İnventarizasiya aparmamışdan əvvəl müəssisə rəhbəri əmr verməlidir.
İnventarizasiya komissiyasının təşkil olunması haqqında əmrin nümunəvi formasını təqdim edirik:
«A A» MMC
üzrə Ə M R № _____/İ
Ünvan: (hüquqi və faktiki « » _______ 20___ - ci il
ünvan tam olaraq yazılmalıdır)
Müəssisədə mütəmadi olaraq maddi aktivlərin inventarizasiyasının aparılmasının vacibliyni nəzərə alaraq,
Ə M R E D İ R Ə M :
- «AA» MMC-də illik maliyyə hesabatları tərib olunmamışdan əvvəl hər ilin 01 yanvar tarixindən 31 yanvar tarixinə kimi maddi aktivlərin inventarizasiyası aparılsın.
- Bunun üçün aşağıdakı tərkibdə komissiya yaradılsın.
Komissiyanın sədri: __________________
Komissiyanın üzvləri: __________________
__________________
_________________
____________________
- Komissiya hər ilin 01 yanvar tarixindən 31 yanvar tarixinə kimi inventarizasiya aparsın və müvafiq qaydada akt tərtib olunaraq rəhbərliyə təqdim olunsun.
- Əmrlə aidiyyatı şəxslər tanış edilsin.
«AA» MMC-nin
direktoru: ________________________________
ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
1 Komment
Validə 10 Fevral 2021
Salam. Bizim təşkilatda AUDİT yoxlaması olmuşdur. Onlar mənə hər ilin əvvəlində daimi komissiya yaradılması haqqında Əmr istədi.Əmr İnventarizasiyanın aparılması və əsas vəsaitlərin silinməsi barədə olmalıdır. Təşkilatımız dekabr ayında inventarizasiya haqqında Əmr yazılır. Onlar ancaq ilin əvvəlindədə daimi komissiya Əmri olmalıdır dedilər. Sizdən xahiş edirəm nümunə varsa göndərin.
Şərh yazın