Hökümətdən sərt addım: Əmək müqaviləsiz işləyən təşkilatlar 1 il müddətinə...

Hökümətdən sərt addım: Əmək müqaviləsiz işləyən təşkilatlar 1 il müddətinə...

Azərbaycan hökuməti işçiləri müqaviləszi işlədən şirkətlərə qarşı ciddi tədbirlərə hazırlaşır.FED.az-a hökumətdən verilən məlumata görə, tədbirlər eyni zamanda bir neçə məsələni əhatə edəcək. Söhbət həm böyük məbləğdə cərimələrdən, həm də belə şirkətlərin dövlət sifarişlərindən kənarda qalmasından gedir.
Bu sahədə maraqlı yeniliklərən biri tikinti sektoruna aid olacaq.
Xatırladaq ki, tikinti sahəsi işçilərin müqaviləsiz işlədildiyi və vergidən yayınan əsas sahələrdəndir. Bunun qarşısını almaq üçün planlaşdırılır ki, sifarişçi ilə podratçı, podratçı ilə subpodratçı arasında tikinti və təmir müqavilələri yeni qaydada bağlansın. Belə ki, bu müqavilələrdə tikinti və təmirin ümumi dəyəri, əməkhaqqı fondu, əmək məsrəfi (işçilərin sayı), təqvim planı, əldə olunacaq mənfəətin (gəlirin), vergi və sosial sığorta haqlarının həcmi ilə bağlı müddəalar məcburi şəkildə əks etdirilməlidir. Başqa sözlə, şirkətlər müqavilə bağlayanda görülən işlərlə yanaşı, bu işlər zamanı nə qədər işçinin çalışacağı, onlara nə qədər əmək haqqı veriləcəyi və ödəniləcək vergilər də göstəriləcək. Hazırda bunnula bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır.

Ən maraqlı məsələlərdən biri işçilərlə əmək müqaviləsi bağlamayan şirkətlərə qarşı tətbiq olunacaq yeni sanksiyadır. Belə ki, planlara görə, işçilərini müqaviləsiz işlədən və buna görə cərimə edilən şirkətlər bir illik müddətə dövlət satınalmalarında iştirakına qadağa qoyulacaq. Hazırda bununla bağlı da təkliflər hazırlanır.

Bundan başqa, qeyri-rəsmi məşğulluğun aşkar edilməsi üçün aparılan nəzarət tədbirlərində videoçəkilişlərin aparılması və elektron protokolların tərtibi də panladırılır.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

 Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:  012 564 86 85, 050 368 12 72, [email protected]

 Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər