Mehdi Babayev təsisçi və direktor müqavilələrin bağlanması zamanı vacib qanunvericilik maddəsini açıqladı

Mehdi Babayev təsisçi və direktor müqavilələrin bağlanması zamanı vacib qanunvericilik maddəsini açıqladı

Audit üzrə mütəxəssis Mehdi Babayev mühasib həmkarlarımıza dəyərli məsləhət verib. Mehdi müəllimin fikrincə, təsisçilərlə, Direktorla və digər bütün aidiyyəti şəxslərlə əqd, razılaşma (müqavilə) bağlanılarkən Mülki Məcəlləsinin müvafiq maddələri ilə bağlı diqqətli olmaq lazımdır:

"AR Mülki Məcəlləsindən çıxarış:
49-1.2. Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyəti şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz.
49-1.3. Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasının), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır."

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər