Niyə maliyyə müdiri yox, baş mühasib məsuliyyətə cəlb edilir?

Niyə maliyyə müdiri yox, baş mühasib məsuliyyətə cəlb edilir?

Mühasibatlıq sahəsində çalışan xanım iştirakçı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin böyük prokuroru Elnur Musayevə ünvanladığı sualda ölkəmizdə maliyyə məsulyyətinə yalnız baş mühasiblərin cəlb edilməsinə etiraz edib: “Bildiyiniz kimi, beynəlxalq təcrübəyə əsasən təşkilatlarda baş mühasiblərdən üst vəzifələr mövcüddür: Maliyə nəzarətçici, baş maliyyə müdiri və s. Amma maliyyə sənədlərinə qol çəkən baş mühasibdir. Bir tərəfdən əllərimizi bağlayırsınız, digər tərəfdən də məsuliyyətə baş mühasibi cəlb edirsiniz. Sizin fikrincə, bu məsələ ilə bağlı səlahiyyət üzrə məsuliyyət bölgüsündə hər hansı dəyişikliyə ehtiyac var? Cünki əvvələr maliyyə sənədləri üzrə müdirdən sonra baş mühasib gəlirdi isə, indi durum fərqlidir."

Böyük prokuror Elnur Musayev müəyyən məsələlərdə xanımla razılaşdığını bildirdi: «Siz qeyd etdiniz ki, mühasiblərin əllərini bağlayırıq. Bununla razılaşmıram, cünki prokurorluq orqanları yalnız qanunun tətbiqi ilə məşğuldur. Biz qanunda olmayan hər hansı müddəanı tətbiq edə bilmərik, yaxud öz şəxsi mülahizəmizə əsaslana bilmərik. Sizin qaldırığınız məsələyə gəlincə, öncədən məlumat üçün bildirim ki, hüquq təhsili ilə yanaşı idarəçilik təhsilim də var. Həmin təhsili də ölkəmizdən kənarda almışam. İri müəssisələrdə mühasibatlıq, maliyyə, daxili audit və xəzinədarlıq ayrı qurum olur. Amma müəssisələr kiçildikçə, aradakı fərq silinir. Bütün müəssisələr hər bir funksiyanı ayırmalıdır və hər biri üçün dəqiq səlahiyyət bölgüsü aparmalıdır. Bununla bağlı ölkəmizdə müəyyən islahatların aparılmasına ehtiyac var. Açıq Hökümət Proqramı cərçivəsində korrupsiya idarəsinin fəaliyyəti düzgün müəyyənləşdirilməlidir. Sizinlə razıyam ki, mühasiblərə başqa işçilərin fəaliyyətləri ilə bağlı iş funksiyaları yüklənməməlidir.”

Qeyd edək ki, bu sual-cavab 28-29 aprel 2018-ci il tarixlərində keçirilən, mks.az-ın rəsmi media tərəfdaşı olduğu Milli Mühasiblər Forumunun sessiyasında spikerlərin təqdimat zamanı baş tutub. 

 

Satışda olan nəşrlərimiz:  

1) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu

 
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

2) MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

3) Əmək Münasibətləri: A-dan Z-yə

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

 4)  Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA
 
15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər