Mühasib bilmədən rəhbərin mənimsəmə faktının iştirakçısı olsa və faktı özü etiraf etsə cinayət məsuliyyətinə cəlb olunur? (VİDEO)

Mühasib bilmədən rəhbərin mənimsəmə faktının iştirakçısı olsa və faktı özü etiraf etsə cinayət məsuliyyətinə cəlb olunur? (VİDEO)

Tanınmış audit mütəxəssisi Mehdi Babayevlə böyük prokuror Elnur Musayev arasında maraqlı mükalimə

 Milli Mühasiblər Forumunun sessiyasında audit üzrə mütəxəssis Mehdi Babayev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin böyük prokuroru Elnur Musayevə maraqlı və praktiki sual verib: “Tutaq ki, müəssisəsinin rəhbəri təşkilatın baş mühasibinə tapşırır ki, hər hansı təşkilata anbardan müəyyən miqdarda mal göndərilməsi üçün qaimə-faktura hazırlasın. Təbii ki, hazırlanan qaimə-fakturaya baş mühasib də imza atır. Bir müddətdən sonra korrupsiya idarəsindən gəlirlər ki, mühasibin imza atdığı qaimə-fakturaya əsasən anbardan çıxarılan mallar oğurluq məqsədilə aparılıb. Digər bir misal, tutaq ki, rəhbər tapşırır ki, X təşkilatına ödəniş olunmalıdır. Mühasib də ona təqdim olunan müqavilə sənədlərinə əsasən hazırlanan ödəniş tapşırığını imzalayaraq ödənişi həyata keçirir. Yenə sonradan məlum olur ki, bu ödəniş vəsaitin nağlaşdırılması məqsədilə həyata keçirilib. Sual ondan ibarətdir ki, bu cür hallarda mühasibin hər hansı məsuliyyəti varmı, varsa, mühasib hansı hərəkətləri etməlidir ki, məsuliyyətdən azad olsun?”

Elnur Musayev bidirib ki, koorupsiya üzrə milli qanunvericilik hazırlanarkən beynəlxalq qanunvericiliyin tələbləri əsas götürülüb: “Sizin qeyd etdiyiniz kimi, mühasib müdiriyyətin onu əmin etdiyi və normal sənədlər kimi təqdim etdiyi sənədləri imzalayır. Bilirik ki, mühasiblər təlimləndirilir və hər bir şəxs mühasib ola bilməz. Forumun açılışı zamanı türk professorun da bildirdiyi kimi, hər əlinə qələm alan mühasib ola bilməz, həmçinin mühasib də müdiriyyətin hər sözünə inanmamalıdır. Mühasiblə müdir arasında şəxsi münasibətlər yox, işgüzar münasibətlər olmalıdır. Prokorurluğun nümayəndəsi kimi bildirirəm ki, əlbəttə mühasib məsuliyyət daşıyır. Mühasib ali təhsil alan, vəzifə təlimatı ilə tanış olan və müəssisənin real vəziyyətin əks etdirən şəxsdir. Əgər əks etdirə bilmirsə, deməli öz vəzifəsinin öhdəsindən gələ bilmir. Mühasib dərk etməlidir ki, onun atdığı imzaya görə əməliyyat real vəziyyəti əks etdiriməlidir. Mühasib yoxlamadan imza atırsa, bu zaman bu hal səhlənkarlıq yox, birbaşa iştirakçılıqdır.”
Mehdi Babayevin “Əgər mühasib sonradan əməliyyatın qeyri-qanuni olduğunu bilib, dövlət orqanına məlumat verirsə, o zaman məsuliyyəti nə olacaq” sualına böyük prokurorun cavabı belə olub: “Qanunvericilikdə maliyyə cinayətlərində öncədən məlumat verməklə məsuliyyətdən azad olma ancaq rüşvət cinayətlərinə şamil olunur. Rüşvət verməsi haqqında müəyyən şərtlərlə məlumat verərsə, o zaman məsuliyyətdən azad oluna bilər. Mühasib peşəsi ilə əlaqədar olan vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə və digər cinayət əməlləri üçün öncədən məlumat vermək cinayət məsuliyyətindən azad etmir. Ancaq bunu yüngülləşdirici hal kimi nəzərə almaq olar.”

Sualın cavabın video variantına baxmaq üçün link 

https://www.youtube.com/watch?v=OrtgqpIoblc&feature=share

 

Satışda olan nəşrlərimiz:  

1) Əmək Münasibətləri: A-dan Z-yə

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

2) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu
 
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

3) MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

4)  Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

 
 
 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər