2017-ci ildə vəzifəli şəxs kimi korrupsiya cinayətindən məsuliyyətə çəlb olunan mühasiblərin sayı açıqlandı 2016-CI İLƏ NİSBƏTƏN 2 DƏFƏDƏN ÇOX ARTIM VAR:(

2017-ci ildə vəzifəli şəxs kimi korrupsiya cinayətindən məsuliyyətə çəlb olunan mühasiblərin sayı açıqlandı 2016-CI İLƏ NİSBƏTƏN 2 DƏFƏDƏN ÇOX ARTIM VAR:(

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin böyük prokuroru Elnur Musayev korrupsiya cinayətinə çəlb olunan mühasiblərin statistikası haqqında məlumat verib: “2015, 2016 və 2017-ci illərdə müvafiq olaraq 9,10 və 21 mühasib cinayət məsuliyyətinə cəlb olunub. Bu, umümi statistikanın 7 faizini təşkil edir. Mühasiblər aşağıdakı əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunublar: Vəzifə səlahiyyətindən sui-istifadə, vəzifə saxtakarlığı, xüsusi formada şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq və ənənəvi olan mənisməmə və ya israf etmə”.

Elnur Musayev bildirib ki, Cinayət Məcəlləsinin 308- ci maddəsinə qeyd hissəsinə əsasən, hər bir mühasib inzibati təsərrüfat funksiyalarını yerinə yetirən şəxs kimi vəzifəli şəxs hesab olunur: “İstər dövlət sektorunda işləsin, istərsə də özəl Azərbaycanda vəzifəli şəxs anlayışında fərq xətti tamamilə silinib. İdarəmizin apardığı işlərə nəzərə salsaq, görərik ki, bəzən özəl sektorda baş verən korrupsiya halı miqyasina görə dövlət sektorundan daha çoxdur”.

Qeyd edək ki, Elnur Musayev bu fikirləri 28-29 aprel 2018-ci il tarixlərində keçirilən, mks.az-ın rəsmi media tərəfdaşı olduğu Milli Mühasiblər Forumunun sessiyasında spikerlərin təqdimat zamanı səsləndirib.

Əmək Münasibətləri: A-dan Z-yə SATIŞDA

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər