Mühasib iştirakçısı olmadığı korrupsiya faktını bilib, məlumat verməsə, cinayət məsuliyyəti daşıyır?

Mühasib iştirakçısı olmadığı korrupsiya faktını bilib, məlumat verməsə, cinayət məsuliyyəti daşıyır?

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin böyük prokuroru Elnur Musayev bu suala aydınlıq gətirdi

 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin böyük prokuroru Elnur Musayev Milli Mühasiblər Forumunda mühasiblərin korrupsiya qarşı mübarizədə rolu haqqında öz fikirlərini bölüşüb: “İstənilən peşə kimi mühasiblər də ya proaktiv, ya da passiv ola bilər. Passiv fəaliyyət dedikdə, yalnız öz peşəsi üzrə işləri həyata keçirmək nəzərdə tutulur. Proaktiv fəalliyətə gəlincə, mühasib çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdiriməsi və ya cinayət yolu ilə vəsaitin əldə olunması halları ilə qarşılaşarsa, qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti nəzarət keçirən dövlət qurumlarını məlumatlandırmağa borcludur.  Hətta mühasib bu öhdəliyi yerinə yetirmədikdə, bu hala görə qanunvericiliyin tələblərinə uyğun olaraq, məsuliyyət tədbirlərinə cəlb edilə bilər.

Korrupsiya ilə bağlı qanunvericilikdə mühasiblər bağlı konkret belə bir tələb yoxdur. Ancaq korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilikdə qeyd edilib ki, bütün dövlət qurumları, yerli özünü idarəetmə orqanları və digər qurumların vəzifəli şəxsləri korrupsiyaya qarşı mübarizədə iştirak etməlidir. Amma bu qanun, beynəlxalq terminlə desək, çərçivə qanunudur.”

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər