Təşkilatlarda mühasibat uçotununa nəzarəti müvafiq olaraq 3 Dövlət qurumu həyata keçirəcək

Təşkilatlarda mühasibat uçotununa nəzarəti müvafiq olaraq 3 Dövlət qurumu həyata keçirəcək

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Mühasibat uçotu haqqında” AR Qanununda dəyişikliklər ilə əlaqədar olaraq, Qanunun tətbiqi və Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. Yeni Qanuna əsasən,  Təşkilatlar üzrə mühasibat uçotu sahəsində dövlət nəzarəti (maliyyə nəzarəti tədbirləri və vergi yoxlamaları aparılarkən həyata keçirilir) aşağıdakı hallarda müvafiq olaraq - 3 dövlət orqanı tərəfindən aparılacaq.

1) büdcə təşkilatlarında mühasibat uçotunun aparılmasına - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

2) Kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları və bu fondların idarəçiləri, habelə qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin mühasibat uçotunun aparılmasına - Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası;

3) 1 və 2-ci sıralamada göstərilənlərə aid edilməyən digər mühasibat uçotu subyektlərinə münasibətdə - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

 

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

 

2 Komment

  1. Fəxrəddin Zalov 03 İyun 2018

    Mühasibat uçotu haqqında yeni kitabın qiyməti neçəyədir.

  2. Fəxrəddin Zalov 03 İyun 2018

    Mühasibat uçotu haqqında yeni kitabın qiyməti neçəyədir.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər