Maliyyə Nazirliyi iki yeni qayda hazırlamalıdır

Maliyyə Nazirliyi iki yeni qayda hazırlamalıdır

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Mühasibat uçotu haqqında” AR Qanununda dəyişikliklər ilə əlaqədar olaraq, Qanunun tətbiqi və Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb.
Prezident həmin fərmanda Qanuna dəyişikliyin tətbiqi ilə əlaqədar olaraq, Maliyyə Nazirliyinə müəyyən tapşırıqlar verib.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

• Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarından müvafiq sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına keçidin təmin edilməsi məqsədi ilə beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnlərinin dərc olunmasını 2018-ci il dekabrın 30-dək təmin etsin;

• Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarından müvafiq sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidin təmin edilməsi məqsədi ilə həmin standartların Azərbaycan dilində rəsmi mətnlərinin dərc olunmasını 2019-cu il iyunun 30-dək təmin etsin;

• büdcə təşkilatları və bələdiyyə orqanları tərəfindən İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydalarını 2018-ci il dekabrın 30-dək, kiçik və orta sahibkarlıq subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydalarını isə 2019-cu il noyabrın 30-dək təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

0 Komment

    Şərh yazın

    Xəbərlər