Peşəkar Mühasib sertifikatının tətbiq olunacağı vaxt müəyyən olundu

Peşəkar Mühasib sertifikatının tətbiq olunacağı vaxt müəyyən olundu

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Mühasibat uçotu haqqında” AR Qanununda dəyişikliklər ilə əlaqədar olaraq,  Qanunun tətbiqi və Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb.

Prezident həmin fərmanda Qanuna dəyişikliyin tətbiqi ilə əlaqədar olaraq, Nazirlər Kabinetinə müəyyən tapşırıqlar verib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

  • Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • Mühasibat uçotu haqqında” Qanunun 4.3.8-ci maddəsinə uyğun olaraq, peşəkar mühasib təşkilatının akkreditasiya olunması qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində təsdiq etsin;
  • Qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması üçün uçot qaydalarını təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin - 2018-ci il dekabrın 30-dək;
  • Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydalarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin -2018-ci il dekabrın 30-dək ;

Tapşırıqlardan müəyyən olunur ki, Nazirlər Kabinetin tərəfindən "Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət müəyyən edən Qanun", həmçininin "Qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması üçün uçot qaydaları" hazırlanacaq.  Bundan əlavə, Nazirlər Kabineti "Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydalarıda 30 dekabr 2018-ci il tarixə qədər də hazırlanmalıdır. Bu da o anlama gəlir ki, Peşəkar mühasib sertifikatı böyük ehtimalla növbət ildən tətbiq olunacaq.

Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

01 iyun 2018
 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. həmin Qanunun 4.3.8-ci maddəsinə uyğun olaraq, peşəkar mühasib təşkilatının akkreditasiya olunması qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində təsdiq etsin;

1.6. 2018-ci il dekabrın 30-dək:

1.6.1. həmin Qanunun 14.4-1-ci maddəsinə uyğun olaraq, qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması üçün uçot qaydalarını təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6.2. həmin Qanunun 14-1.2-ci maddəsinə uyğun olaraq, peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydalarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.7. həmin Qanunun 18.5-ci maddəsində nəzərdə tutulmuş müddətləri və ardıcıllığı üç ay müddətində müəyyən edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər