Altay Cəfərovdan ehtiyatların hansı metodla uçota alınmasına dair açıqlama

Altay Cəfərovdan ehtiyatların hansı metodla uçota alınmasına dair açıqlama

Tanınmış sərbəst auditor, mks.az saytının eksperti Altay Cəfərov ehtiyatların uçota alıması metodu ilə bağlı maraqlı açıqlamalar verilib: “Hal-hazırda 3 metoddan istifadə edilir: Orta maya dəyəri, LİFO və FİFO metodu.  FİFO metoduna əsasən ilkin alınan mallar öncə silinirdisə, LİFO metodunda isə sonuncu alınan mallar ilkin olaraq silinir. Misal üçün, LİFO metoduna əsasən, anbara eyni mallar müxtəlif dövrlərdə (3 və 12 ay öncəki tarixlərdə) daxil olubsa, satıldıqda ilkin olaraq 3 ay öncə alınan mallar silinirdi. İndi artıq beynəlxalq standartlarda LİFO metodu yoxdur. Milli standartlarda da iki metod var: Orta maya dəyəri və FİFO metodu.  Hal-hazırda müəssisələrin əksəriyyətində orta maya dəyəri metodu tətbiq edilir.”

Qeyd edək ki, 28 may 2018-ci il tarixdə Milli Mühasiblər Forumu çərçivəsində keçirilən seminarda mks.az saytının eksperti, Auditorlar Palatasının üzvü Altay Cəfərov “Ehtiyatların mühasibat uçotu və vergi uçotu baxımından tələb olunan qaydaları, uçot zamanı yaranan problemlər və həlli yolları» mövzusunda təqdimat edib. Təqdimatdan maraqlı məqamları oxucularla bölüşəcəyik.

  ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

 Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

 - Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması

- Mənfəət vergisi bəyannaməsinin tərtibi

- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

 Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər