Mehdi Babayev: “Bu məsələyə görə mühasiblərə təkid edən, mənə görə, pis adamdır”
Qeyri-ənənəvi yanaşma sərgiləyən tanınmış mütəxəssis mühasiblərə çağırış etdi
Audit üzrə mütəxəssis Mehdi Babayev mühasiblərə maraqlı çağırış edib: “Sizə tövsiyə edirəm ki, mühasibat uçotunun hesablar planındakı hesab nömrələrini deyil, hesab adlarını əzbərləyəsiniz. Nə qədər çox hesab nömrələrini əzbərləyəcəksiniz, bir o qədər də mühasibat uçotunu pis biləcəksiniz. Əgər hansısa müəllim hesab nömrələrini əzbərləməyi təkid edirsə, hesabların nömrələrini bilmədiyinizsə görə sizi qinayırsa, mənə görə o pis adamdır. Həmişə hesabların adı ilə hərəkət edin. Cünki hesabların adı sizin beyninizə əməliyyatları həkk edəcək. Hesabların adlarını bilməklə, iki aspekti müəyyən edəcəksiz, hər bir əməliyyatın 2 tərəfi var, biri artan, biri isə azalan.”
Qeyd edək ki, tanınmış mütəxəssis bu fikirləri 28 may 2018-ci il tarixdə Milli Mühasiblər Forumu çərçivəsində keçirilən seminarda “Təsərrüfat subyektləri və təsisçilər arasında baş verən əməliyyatların sənədləşdirilməsi, uçotu və vergi münasibətlərinə təsiri» mövzusunda təqdimat edən zaman səsləndirib. Təqdimatdan maraqlı məqamları oxucuların diqqətinə çatdırıracağıq.
Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın