Altay Cəfərovdan məhsulun maya dəyəri ilə bağlı MARAQLI İZAH
28 may 2018-ci il tarixdə Milli Mühasiblər Forumu çərçivəsində keçirilən seminarda mks.az-in eksperti, sərbəst auditor Altay Cəfərov “Ehtiyatların mühasibat uçotu və vergi uçotu baxımından tələb olunan qaydaları, uçot zamanı yaranan problemlər və həlli yolları» mövzusunda təqdimat edib. Təqdimatdan maraqlı olan hissələri oxucuların diqqətinə çatdırırıq.
Altay Сəfərov bildirib ki, ehtiyyatların qeydiyyata alınması prossesi ilə iştirakçılara sual yönəldib: “Misal üçün, 2000 manatlıq xaricdən mal almışıq, 500 manat daşınma, 100 manat broker xərci və 300 manat gömrükdən anbara daşınma xərci olub. Sual yaranır ki, bu xərclərin hansı malın maya dəyərinin formalaşmasında iştirak edir?” Bəzi iştirakçılar bildirib ki, broker xərci maya dəyərinə daxil edilmir.
Altay müəllim bildirib ki, təcrübəsində bu cür hallara rast gəlinib və əsaslanıdıb ki, broker xərci malın maya dəyərinə daxil edilməlidir. Altay Cəfərov broker xərcinin maya dəyərinə daxil edilməsini belə izah edib: “Doğrudur, Vergi Məcəlləsində broker xərci ilə bağlı konkret maddə yoxdur. Bu məsələ bağlı Vergilər Nazirliyinə bununla bağlı müraciət etdik və onlar birbaşa broker xərcinin maya dəyərinə daxil edilməsini bildirməsələr də, dolayısı təsdiq etdilər ki, malın anbara çatdırılması ilə bağlı xərclər məhsulun maya dəyərinə daxil edilməlidir. Tutaq ki, şirkətin malı gömrüyə daxil olur, amma şirkətin mütəxəssisi yoxdur ki, rəsmiləşdirilmə prossesini həyata keçirsin. Broker xidmətlərindən biri də, gömrük rəsmiləşdirilməsini aparılmasıdır. Əgər broker gömrük rəsmiləşdirilməsini aparmazsa, o zaman mal gömrükdə qalmalı olacaq. Malları gömrükdən anbara daşınması üçün apardığımız nəqliyyat xərcini maya dəyərin daxil etdiksə, məntiqlə gömrükdəki rəsmiləşdirmə üçün olan broker xərcini də daxil etməliyik.”
ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın