Tanınmış ekspertdən xidmət müqaviləsi ilə bağlı "Bərbər xidməti" misalı

Tanınmış ekspertdən xidmət müqaviləsi ilə bağlı "Bərbər xidməti" misalı

28-29 aprel 2018-ci il tarixlərində keçirilən, mks.az-ın da rəsmi media tərəfdaşı olan  Milli Mühasiblər Forumunun sessiyalarında spikerlərin təqdimat  zamanı səsləndirdiyi maraqlı məqamları təqdim edirik

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Mülki hüquqi müqavilələr və onların bağlanmasının şərtləri” mövzusunda təqdimatı zamanı mülki hüquqi müqavilənin tətbiq olunması ilə bağlı indikatorlar hazırlanmasının vacibliyindən danışıb: “Meyarlar dövlət qurumu, misal üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Həmin qərarda qeyd edilməlidir ki, hansı işlər mülki hüquqi müqavilələrə aid edilməlidir. Təbii ki, bu qərarda dəqiq sərhədləri müəyyən etmək olmayacaq. Sizə bərbər xidmətinin timsalında bir misal çəkim. Misal üçün bir fiziki şəxs hər

hansı evi kirayəyə götürərək fərdi bərbərlərlə müqavilə imzalayır. Bu zaman vergi və ya DSMF orqanları iddia edir ki, bu muzdlu işdir, cünki bərbər hər gün gələrək burda çalışır. Bu cür problemdən yayınmaq üçün, həmin fiziki şəxs evin sahibi müqaviləni pozur və ev sahibi evin bir hissəsini bərbərə müqavilə əsasında təqdim edir. Göründüyü kimi, elə hallar var ki, onlarla bağlı dəqiq sərhədlər müəyyənləşdirmək mümkün deyil. Amma elə xidmətlər var ki, konkret tələb qoymaq olar ki, bu halda əmək müqaviləsi tətbiq olunmalıdır”.

 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər