Daha bir Millət Vəkili "Mühasibat uçotu" Qanuna dəyişikliklə bağlı: "Qoyun otaranın vaxtı varmı ki, hesabatlarla məşğul olsun?"

Daha bir Millət Vəkili "Mühasibat uçotu" Qanuna dəyişikliklə bağlı: "Qoyun otaranın vaxtı varmı ki, hesabatlarla məşğul olsun?"

“Bir cümlədə ki, üç yerdə nəzarət sözü keçirsə, demək bunun axırı yaxşı qutarmayacaq. Mən üzr istəyirəm, 500 kiloqram pomidoru yığanın, qoyunu otaranın vaxtı varmı ki, hesabatlarla məşğul olsun?
Sertifikat, imtahan deyən kimi müəyyən problemlər ortaya çıxır. Mən xahiş edirəm ki, sözümdən inciməyin. Burada rayonlardan seçilən deputatlar bu məsələləri yaxşı bilirlər”.
Paralel.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Mühasibat uçotu haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

O bildirib ki, mühasiblərin imtahan verməsini inqilabi formada yox, başqa formada etmək lazımdır. “Bu əvvəlcədən böyük bizneslərə tətbiq olunsun. Mikro və kiçik sahibkarlara elə şərait yaradaq ki, problemlər ortaya çıxmasın.Yəni, mümkün qədər bunu sadə edək. Bu gün dövlətin siyasəti odur ki, Azərbaycanda kiçik və orta sahibkarlıq inkişaf etdirilsin”.

1 Komment

  1. Mətanət 27 Aprel 2018

    Başa düşmürəm, mühasib niyə imtahan verməlidir. Əvvəla, mühasib universitet bitirib, imtahan verib diplom alıb.İmtahan verməyibsə,iplomu necə alıb? 2.Mühasibin vaxtaşırı müxtəlif instansiyalardan yoxlaması olur. Əgər uçotu düz aparmasa yoxlamada üzə çıxmalıdır. Əgər yoxlama içotda səhv aşkar etməyibsə,demək ki, mühasib işini bilir. 3.Mühasibin savadı müəssisə rəhbərini qane etməsə onu işdə saxlamaz.Əgər saxlayıbsa deməli, savadı var.

Şərh yazın

Xəbərlər