Mühasiblərin sertifikatlaşdırılması prosesi həyata keçirən qurumun adı məlumdur?

Mühasiblərin sertifikatlaşdırılması prosesi həyata keçirən qurumun adı məlumdur?

Məlumat verdiyimiz kimi, “Mühasibat uçotu haqqında” AR Qanuna dəyişikliklər paketi Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Layihədə mühasiblərin peşəkarlığını müəyyənləşdirən meyarlar hazırlanması həmçinin, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar olması tələb edən maddənin əlavə olunması planlaşdırılır.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını və peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını təmin edir. Çox güman kimi, Qanunun bu maddəsində müvafiq icra hakimiyyəti orqanı səlahiyyətlərini Maliyyə Nazirliyi həyata keçirəcək.  Mks.az-a daxil olan qeyri-rəsmi məlumata görə, mühasiblərin sertifikatlaşdırılması prosesi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki,   Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 05 iyun 2002-ci il tarixli 91 saylı qərarı ilə Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  İxtisasartırma  Kursunun bazasında  Maliyyə-Elm Tədris Mərkəzi yaradılıb.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • maliyyə və mühasibat işçilərinin peşə hazırlığının təkmilləşdirilməsini, yenidən hazırlanmasını, o cümlədən əlavə təhsilinin təşkilini həyata keçirir;
  • dovlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan mühasibat işçiləri tərəfindən Büdcə Təşkulatları üçün Milli Mühasibat Uçotu Standartları əsasında müasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlər təşkil edir və onları müvafiq sertifikatla təmin edir;
  • Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdə çalışan mühasibat işçiləri tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, İctimai Sektor üçün Milli Mühasibat Uçotunun Beynəlxalq Standartları, Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları və Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları əsasında mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlər təşkil edir və onları müvafiq sertifikatla təmin edir;
  • maliyyə və mühasibat sahələrinin inkişafına dair elmi tədqiqatlar aparır;
  • maliyyə və mühasibat işçilərinin kadr siyasətinə dair təkliflər işləyib hazırlayır.

0 Komment

    Şərh yazın

    Xəbərlər