İşsizlikdən sığorta hesabatında GİZLİ MƏQAM

İşsizlikdən sığorta hesabatında GİZLİ MƏQAM

01 yanvar 2018-ci ildən etibarən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilir. Artıq 2018-ci ilin birinci rübündən başlayaraq, Sığortaedənlər hər rüb üçün “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ı  təqdim etməyə başlayıblar.  Bununla əlaqədar olaraq,  Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi işsizlikdən sığorta haqqında məlumatların online göndərilməsini prosesini aktiv edib. Bunun üçün, məcburi sosial sığorta haqqları ilə bağlı tətbiq edilən hesabat formasında Hüquqi və fiziki şəxslər müvafiq olaraq  "1000 - İşsizlik sığortasına cəlb olunan hüquqi şəxslər" və "1001-İşsizlik sığortasına cəlb olunan fiziki şəxslər" kodunu seçərək hesabatı təqdim edirik.

Hesabatın təqdim olunmasında diqqəti çəkən məqam, işşizlikdən sığorta ödənişlərin gecikdirməyə görə penyanın hesablanıb hesablanmamasıdır. "İşsizlikdən sığorta haqqında" Qanunun 10-cu maddəsində qeyd edilib ki, hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödənilir. Öncəki yazılarımızda məlumat verdiyimiz kimi, “İşsizlikdən sığorta haqqında”  haqqında qanunun heç bir maddəsində qeyd olunmayıb ki, işsizlikdən sığorta haqqı gecikdiriyi halda penyanın hesablanması necə həyata keçiriləcək. Bu səbəbdən də,  "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunda işsizlikdən sığorta haqqının qeyd edilən tarixdə ödənilmədiyi halda penya hesablanması ilə bağlı boşluq var.

Hesabat təqdim olunarkən bəzi bölmələrində, ümümi olaraq “penya” sözün istifadə olunsa da,  “Tətbiq olunmuş maliyyə sanksiyaları və inzibati cərimələr” bölməsində konkret penyanın hesablanması qeyd olunmayıb.

Amma məcburi dövlət sosial sığorta hesabatının təqdimatı zamanı müvafiq bölmədə penyanın hesablanması ayrıca sətirdə qeyd olunub.

"İşsizlikdən Sığorta üzrə hesabat" dan çıxarış

 

"Məcburi dövlət sosial sığortası üzrə hesabat" dan çıxarış

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər