Mühasiblər, DİQQƏT! İşsizlikdən sığorta hesabatını ONLİNE təqdim etmək mümkündür

Mühasiblər, DİQQƏT! İşsizlikdən sığorta hesabatını ONLİNE təqdim etmək mümkündür

01 yanvar 2018-ci ildən etibarən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilir. Qanun tətbiqi nəticəsində, İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilib:

  •  sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
  •  sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.

2018-ci ilin birinci rübündən başlayaraq, Sığortaedənlər hər rüb üçün “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ı  həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda Fonda məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə  təqdim etməlidirlər.

Artıq Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi işsizlikdən sığorta haqqında məlumatların online göndərilməsini prosesini aktiv edib. Bunun üçün, məcburi sosial sığorta haqqları ilə bağlı tətbiq edilən hesabat formasında Hüquqi və fiziki şəxslər müvafiq olaraq  "1000 - İşsizlik sığortasına cəlb olunan hüquqi şəxslər" və "1001-İşsizlik sığortasına cəlb olunan fiziki şəxslər" kodunu seçərək hesabatı təqdim etməlidir.

 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər