Xarici ezamiyyə zamanı ödəniş manatla həyata keçirilə bilər? (9-cü yazı)

Xarici ezamiyyə zamanı ödəniş manatla həyata keçirilə bilər? (9-cü yazı)

MKS Academy-nin 7 dekabr 2024-cü il tarixdə təşkil edəciyi “Əmək haqqı: A-dan Z-yə” mövzusunda tematik təlimdə əmək haqqı gəlirləri ilə yanaşı, işçilərin ezamiyyə qaydalarında edilən son dəyişikliklər də daxil olmaqla normativ hüquqi sənədin tələbləri haqqında geniş məlumat veriləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 15:00 – 18:00-da həyata keçiriləcək. Təlim haqqında ətraflı məlumat almaq üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasiının 27 sentyabr 2024-cü il tarixli,  3-23/3-9-12/2024 saylı qərarı ilə  “İşçilərin ezamiyyə qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli, Q-01 nömrəli Qərarında dəyişiklik edilib.

Mks.az saytının ekspertləri qərara olunan dəyişiklikləri silsilə yazılarla izah edəcəklər.

Xarici ölkəyə ezamiyyəyə gedən işçinin manat kartına ödəniş edilməsi müzakirə olunan məsələlərdəndir. Son dəyişikliyədək qaydalarda qeyd edilirdi ki, təşkilatlar xarici ezamiyyə xərclərini bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq müvafiq xarici valyutaya çevirməklə ödəyirlər. Amma təcrübədə xarici ezamiyyələr zamanı ödənişlər işçinin əmək haqqı kartına manatla ödənilirdi. Qaydalarda edilən son dəyişiklik nəticəsində qeyd edilən boşluq aradan qaldırıldı. Belə ki, qaydalara əsasən, təşkilatlar xarici ezamiyyə xərclərini, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq manatla və ya bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq müvafiq xarici valyutaya çevirməklə ödəyirlər.

Dəyişiklikdən göründüyü kimi, işəgötürənə iki seçim imkanı yaradılır: xarici valyuta və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq manatla.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər