Respublika daxili ezamiyyə normalarının tərkibi necə və niyə dəyişidirildi (3-cü yazı)

Respublika daxili ezamiyyə normalarının tərkibi necə və niyə dəyişidirildi (3-cü yazı)

Mks.az saytının ekspertləri “İşçilərin ezamiyyə qaydaları”na olunan dəyişiklikləri izah edirlər

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasiının 27 sentyabr 2024-cü il tarixli,  3-23/3-9-12/2024 saylı qərarı ilə  “İşçilərin ezamiyyə qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli, Q-01 nömrəli Qərarında dəyişiklik edilib.

Nazirlər Kabinetinin 4 aprel 2024-cü il tarixli, 200 saylı qərarı ilə “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 14 saylı qərarında dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 yox, 70 faizini mehmanxana xərcləri təşkil edir.  Qaydalarda edilən dəyişiklik nəticəsində  “II. Respublika ərazisi daxilində ezamiyyələr” bölməsinin ikinci bəndinin üçüncü abzası ilə Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının tərkibi aşağıdakı formada müəyyənləşdirir:

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük norması üzrə

  • 70 faizini mehmanxana xərclər;
  • 25 faizini gündəlik yemək xərcləri;
  • 5 faizini  şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər təşkil edir.

Dəyişiklikdən göründüyü kimi, ezamiyyə xərclərinin 30 faizini təşkil edən gündəlik xərc son dəyişiklikdən sonra gündəlik yemək və şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclərə bölünüb.

 

Sıra

Region

Mehmanxana

Gündəlik yemək

Nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər

Cəmi ezamiyyə norması

1

Bakı

87.50 manat

31,25 manat

6,25 manat

125,00 manat

2

Naxçıvan

70,00 manat

25,00 manat

5,00 manat

100,00 manat

3

Gəncə və Sumqayıt şəhərləri

66,50 manat

23.75 manat

4,75 manat

95,00 manat

4

Digər şəhərlər, rayon mərkəzləri, şəhər tipli qəsəbə və kənd

63, 00 manat

22,50 manat

4,50 manat

90,00 manat

Ezamiyyə xərclərinin dəyişdirilməsində məqsəd, dəvət edən şəxs mehmanaxana və yemək xərclərini qarşıladığı halda, işçinin nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclərinin ödənilməsidir. Bu haqda növbəti yazılarımızda məlumat veriləcək.

MKS Academy-nin 7 dekabr 2024-cü il tarixdə təşkil edəciyi “Əmək haqqı: A-dan Z-yə” mövzusunda tematik təlimdə əmək haqqı gəlirləri ilə yanaşı, işçilərin ezamiyyə qaydalarında edilən son dəyişikliklər də daxil olmaqla normativ hüquqi sənədin tələbləri haqqında geniş məlumat veriləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 15:00 – 18:00-da həyata keçiriləcək. Təlim haqqında ətraflı məlumat almaq üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər